Ayxan Abbasov: “Pulumuz bitənə kimi transfer edəcəyik”

Ayxan Abbasov: “Pulumuz bitənə kimi transfer edəcəyik”

Hazırda oxunan: Ayxan Abbasov: “Pulumuz bitənə kimi transfer edəcəyik”
205070
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Səfərdə “Sabah”la matçda bir xal qazanmaq da bizi sevindirdi. Çətin olacağını bilirdik. Çünki yeni komandayıq, yeni oyunçular var. Adaptasiyaya bir neçə oyun lazımdır. Futbolçularım müdafiə planında ilk dəqiqələrdə səhvlərə yol verdi və qollar buraxdıq. Amma ruhdan düşmədik, iki qol vurduq. “Sabah”a iki qol vurmaq futbolçularıma inam verir. Hər xal bizim üçün vacib olacaq. “Sabah”a uğurlar arzulayıram, avrokuboklarda çətin oyuna çıxacaqlar. Ümid edirik ki, bu mövsüm həm “Zirə”, həm də “Sabah” qruplarda ölkəmizi təmsil edərlər".

Bizim.Media xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 1-ci turunun “Sabah”la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Oyundan razı qaldız, yoxsa nəticədən?

- Hər ikisindən.

- Bu heyətlə hədəfiniz nədir?

- Oyun baxımdan artırmalıyıq. Bu gün birinci oyuna görə razı qaldıq. Amma çətin oyunlarımız var, bizim üçün asan olmayacaq. Gənc futbolçular üçün də böyük şansdır. Həmişə gileylənirik ki, gənc futbolçulara şans verilmir. Həqiqətən potensiallı futbolçularımız var. Komandama inanıram. Elə bura da, inanaraq gəlmişəm. Bir-iki futbolçunun da olmasını istəyərdik. Brahim Konate də zədəlidir. Bu mövsüm əsas məqsədimiz Premyer Liqada möhkəmlənməkdir. İstədiyim oyunu hələ ki, görmürəm. Bundan yaxşı olmağa çalışacağıq.

- Transferlər yekunlaşıb?

- Pulumuz bitənə kimi transfer edəcəyik. Hələ ki, pulumuz qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO