Eldar Əzizovun danlağından icra başçısı dərs götürdü - Park abadlaşdırılır

Eldar Əzizovun danlağından icra başçısı dərs götürdü - Park abadlaşdırılır

Hazırda oxunan: Eldar Əzizovun danlağından icra başçısı dərs götürdü - Park abadlaşdırılır

20076

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə iradlarından sonra rayon ərazisində yerləşən "EKO park"da abadlaşdırılma işlərinə başlanılıb.

Bizim.Media xəbər verir ki, park ərazisində antisanitar vəziyyətin qarşısı alınıb. Abadlaşdırma işləri çərçivəsində parkda tullantı suları üçün yeni drenajlar qurulur.

Eyni zamanda, orada eldar və geparis şamları əkilib.

Ümumi sahəsi 6 hektardan çox olan parkda 1150 ağac əkilib və daha 2000 ağacın əkilməsi nəzərdə tutulur.

Məlumata görə, parkdakı 6 atraksion yenilənəcək və parka daimi nəzarət üçün mühafizəçilər ayrılacaq.

Qeyd edək ki, EKO park 2014-cü ildə əvvəllər köhnə yod zavoduna aid olan ərazidə salınıb. O vaxtdan bəri açılışı olmayan park bərbad vəziyyətdə idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO