Ukrayna döyüş təyyarəsi ilk dəfə Rusiya daxilində hədəfə zərbələr endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu “Sky News” agentliyi Ukrayna hərbi mənbələrinə istinadla bildirib.
Mənbə bazar günü Rusiyanın qərbində yerləşən Belqorod bölgəsində Rusiya komanda məntəqəsinin vurulduğunu qeyd edib. Belqorod Ukraynanın şimal-şərq sərhədinə yaxın yerləşir.
Hücumda hansı növ sursatdan istifadə olunduğu, o cümlədən onun Qərb silahı olub-olmadığı dəqiqləşdirilməyib.
Qeyd edək ki, ABŞ və Fransa bu yaxınlarda bildiriblər ki, Ukrayna silahlı qüvvələrinə Rusiya daxilindəki hərbi obyektlərə zərbələr endirmək üçün silahdan istifadə etməyə icazə verilib.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri daha öncə pilotsuz uçuş aparatları ilə Rusiyaya hücumlar etmişdi.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:06 / 09.06.2024
Ukraynanın döyüş təyyarəsi ilk dəfə Rusiya daxilində hədəfə zərbələr endirdi
Hazırda oxunan: Ukraynanın döyüş təyyarəsi ilk dəfə Rusiya daxilində hədəfə zərbələr endirdi
Hazırda oxunan: Ukraynanın döyüş təyyarəsi ilk dəfə Rusiya daxilində hədəfə zərbələr endirdi
196489
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.