“Tokio Olimpiadası tamaşaçısız keçirilə bilər” - Seyko Haşimoto

Hazırda oxunan: “Tokio Olimpiadası tamaşaçısız keçirilə bilər” - Seyko Haşimoto

19417

Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçıları yerli azarkeşlərin mümkün olacaqsa, Oyunlara tamaşaçı qismində buraxılmasına icazə verilməsini gözləyirlər.

Bizim.Media xəbər verir ki, bu barədə “Tokio-2020” Olimpiadasının təşkilat komitəsinin rəhbəri Seyko Haşimoto mətbuat konfransında məlumat verib.

O qeyd edib ki, Oyunların tam olaraq tamaşaçısız keçirilməsi variantı hələ də istisna edilmir:
 

MÖVZU İLƏ BAĞLI:

Şimali Koreya Tokio Olimpiya Oyunlarına qatılmayacaq - SƏBƏB


“Oyunları tamaşaçısız qəbul etməyə hazırıq. Amma ümid edirik ki, mümkün qədər çox azarkeş Oyunları tamaşaçı qismində izləyə bilər”.

Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyası səbəbindən yarışların vaxtı bir il sonraya dəyişdirilib və onun bu il iyulun 23-dən avqustun 8-dək təşkili gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO