Şimali Koreya Tokio Olimpiya Oyunlarına qatılmayacaq - SƏBƏB

Hazırda oxunan: Şimali Koreya Tokio Olimpiya Oyunlarına qatılmayacaq - SƏBƏB

16937

Koreya Xalq Demokratik Respublikası (KXDR) idmançılarını COVID-19 virusundan qorumaq məqsədilə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakdan imtina edib.

Bizim.Media Yonhap agentliyinə istinadla xəbər verir ki, bu barədə qərar KXDR Olimpiya Komitəsinin martın 25-də keçirilən iclasında qəbul olunub.

Bir neçə gün əvvəl Şimali Koreyanın rəsmi mətbuatı səlahiyyətli qurumların idman tədbirlərinin təşkili barədə məsələni müzakirə etdiyini xəbər versə də, Yay Olimpiya Oyunlarında iştirakdan imtina barədə məlumat verilməmişdi.

Qeyd edək ki, Şimali Koreya tərəfi ölkədə indiyədək COVID-19 virusuna yoluxma hallarının aşkarlanmadığını bəyan edib. Bununla belə, ölkədə karantin tədbirləri tətbiq olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO