İran PUA-larını nümayiş etdirməklə kimə göz dağı verir? - Qabil Hüseynlidən TƏFƏRRÜATLAR - VİDEO

İran PUA-larını nümayiş etdirməklə kimə göz dağı verir? - Qabil Hüseynlidən TƏFƏRRÜATLAR - VİDEO

Hazırda oxunan: İran PUA-larını nümayiş etdirməklə kimə göz dağı verir? - Qabil Hüseynlidən TƏFƏRRÜATLAR - VİDEO

18344

İran İslam Respublikası 18 aprel Ordu günü münasibəti ilə göstərişli parad keçirib. Ekspertlərin fikrincə, qonşu ölkə bununla özünə düşmən bildiyi ölkələrə mesaj göndərmək fikri güdüb.

Politoloq Qabil Hüseynli Bizim.Media-ya açıqlamasında bildirib ki, İran əsasən Türkiyəyə öz hərbi gücünü nümayiş etdirib:
 

MÖVZU İLƏ BAĞLI:

İran öz dronlarını nümayiş etdirdi – VİDEO


“ABŞ-a bir söz deyə bilməsə də, bu hərəkəti ilə onlara da qıcıq verir. İran hakimiyyəti öz xalqının güzəranını düşünmür, sosial səviyyəsini aşağı salır. Xalqın aztəminatlı olmasına baxmayaraq, milli gəlirinin böyük bir hissəsini silahlanmaya sərf edir. Ona görə də İranın bu hərəkətləri son anda qayıdıb xalqın maddi rifahında özünü qabarıq formada biruzə verir”.

Qeyd edək ki, İran llərdir davam edən sanksiyalara baxmayaraq pilotsuz uçuş aparatları (PUA) hazırlayaraq 2016-cı ildə İraqda İŞİD-ə qarşı mübarizədə istifadə edib.

O vaxt Suriyadan idarə edilən bu PUA-ların İsrailin hava sahəsinə girdiyi bildirilmişdi. 2019-cu ilin iyul ayında İran ABŞ-ın müşahidəçi PUA-sını vurmuşdu.

Lakin bəzi mütəxəssislərin fikrincə, İran öz PUA-larını bölgədəki müttəfiqlərinə satmaqda maraqlıdır. 2019-cu ildə Səudiyyə Ərəbistanının iki vacib neft hasilatı təsisinə PUA-lar və raketlər vasitəsilə hücum edilib.

Həm ABŞ, həm də Səudiyyə Ərəbistanı bunda İranı günahlandırsalar da, rəsmi Tehran ittihamları rədd edib.

Vüsalə Balayeva, Bizim.Media

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO