NATO-nun “təhlükəsizlik zəmanəti” NAĞILI – Ermənistanı da Ukraynanın aqibəti GÖZLƏYİR

NATO-nun “təhlükəsizlik zəmanəti” NAĞILI – Ermənistanı da Ukraynanın aqibəti GÖZLƏYİR

Hazırda oxunan: NATO-nun “təhlükəsizlik zəmanəti” NAĞILI – Ermənistanı da Ukraynanın aqibəti GÖZLƏYİR

174906

Son zamanlar NATO-nun Ermənistana “təhlükəsizlik zəmanəti” verəcəyi barədə iddialar artır. Erməni mətbuatı, o cümlədən Qərbdəki ermənipərəst qüvvələr bu barədə sayıqlamaları artıq intensiv xarakter almağa başlayıb. Aydın məsələdir ki, bu iddiaların arxasında Qərbin Cənubi Qafqazla bağlı maraqları dayanır. 

Qərb Qafqazda yerləşmək üçün Ermənistandan bir plasdarm olaraq istifadə edir. Bu fonda da erməni cəmiyyətini Şimali Atlantika alyansının Ermənistana “təhlükəsizlik zəmanəti” verəcəyilə bağlı fikirlərlə şirnikləndirirlər. Burada məqsəd, Ermənistan ictimaiyyətini Rusiya əleyhinə yönəltməkdir. 

Əslində isə, bu kimi iddialarla Ermənistan uçuruma doğru yuvarlanır. 

Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, NATO-nun KTMT-nin üzvü olan Ermənistana “təhlükəsizlik zəmanəti” verməsi son dərəcədə qeyri-ciddi məsələdir:

“Çünki KTMT NATO-ya qarşı yaradılmış hərbi birlikdir və Ermənistan da onun üzvlərindən biridir. NATO təhlükəsizliyə zəmanət verən olsaydı, elə 2008-ci ildən üzvlük vəd edilən Ukraynaya verər, bu ölkənin müdafiəsini təşkil etmək üçün real addımlar atardı. Ermənistan və dünyada kimsə NATO-nun “təhlükəsizlik zəmanəti”ni ciddi qəbul edirsə, o ciddi adam deyil. NATO heç kimə təhlükəsizlik zəmanəti verə bilməz”. 

Həmsöhbətimiz deyir ki, NATO-nun nə dərəcədə sözünün ağası olduğunu Ukranya timsalında görmək olar:

“Kiyev raket hücumlarından qorunmaq üçün 10-12 “Patriot” hava-hücumlarından müdafiə sistemlərinə ehtiyac olduğunu bəyan edir. Amma cəmi 4-ü onlara verilib. Halbuki NATO üzvlərində bu texnikaların sayı mindən çoxdur. Belə hərbi bloka, onun dediyi sözə etibar etmək olmaz. 

Təbii ki, ABŞ, Fransa Ermənistana dəstək verməyə çalışır. Bu iki ölkə Ermənistan üçün əllərindən gələni edir. BMT Təhlükəsizlik Şurasının iclaslarında onların Azərbaycana münasibətdə tutduğu ədalətsiz mövqe hamımızın yadındadır. 
Amma bütün bunlara baxmayaraq, Azərbaycan ardıcıl şəkildə öz ədalətli istəklərinə nail oldu. Ötən hadisələrdən İrəvan nəticə çıxarmalı və sülh sazişini imzalamalıdır. İrəvan anlamalıdır ki, NATO-nun “təhlükəsizlik zəmanəti” onu birmənalı şəkildə uçuruma aparır”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO