Malayziya Təhsil Sərgisində keyfiyyətli və əlçatan təhsili kəşf edin

Malayziya Təhsil Sərgisində keyfiyyətli və əlçatan təhsili kəşf edin

Hazırda oxunan: Malayziya Təhsil Sərgisində keyfiyyətli və əlçatan təhsili kəşf edin

166527

2-3 dekabr tarixlərində Park Inn Radisson oteldə Linqva Tədris Mərkəzi, Malayziyanın Azərbaycandakı Səfirliyi və Winning Magnitude şirkət ilə birgə təhsil sərgisi təşkil edir.

Malayziyanın ecazkar təhsil imkanlarını sərgiləmək üçün ölkənin aparıcı universitetlərindən olan University of Technology, Malaysia (UTM), Taylor’s University, SEGi University, Management Science University (MSU) və Quest International University sərgidə iştirak edəcək. 

Malayziyanın Azərbaycandakı səfiri cənab Ahmad Kamrizamil bin Mohd Riza Malayziyanın azərbaycanlı tələbələr üçün məhz axtardıqları ali təhsil məkanı olacağına ümid etdiyini vurğulamışdır.

“Mənim ölkəm bütün xarici tələbələri sevinclə qarşılayır və mən azərbaycanlı tələbələr üçün də Malayziyaya təhsil səfərinin xoş və gözəl bir təcrübə olacağına, onların arzularına çatmaqlarına səbəb olacağına və iki müllət arasında əlaqələrin dərinləşməsinə xidmət edəcəyinə şübhə etmirəm” cənab səfir qeyd etmişdir.  

Lingva Tədris Mərkəzinin direktoru Fidan Bağırova qeyd etmişdir ki, ötən il analoji sərginin uğurla təşkili azərbaycanlı tələbələr üçün unikal imkanlar yaratmışdır. “ Ona görə bu ilki sərginin də həmvətənlərimizə Malayziyanın geniş təhsil imkanları ilə bağlı məlumatlar təmin edəcəyinə əminik. Azərbaycanlı tələbələr üçün bu, doğru qərar vermək və təhsilləri üçün Malayziyanı seçmiş minlərlə başqa gənc kimi gələcəklərinə töhfə vermək şansıdır” – deyə Bağırova fikrini səsləndirmişdir.  

Malayziya dünyanın 179 ölkəsi, o cümlədən, ABŞ, Yaponiya, Çin və müxtəlif Avropa ölkələrindən olan gənclərin üstünlük verdikləri təhsil məkanıdır.

Bu ölkənin yüksək təhsil standartları, reytinqli universitetləri, uyğun yaşam və əlçatan təhsil xərcləri, o cümlədən, təhlükəsiz olması və isti qonaqpərvərliyi onu qlobal təhsil qovşağına çevirmişdir.  

Təhsildə mükəmməllik, mədəni müxtəliflik və həyəcanverici imkanları kəşf etmək üçün sizi 2-3 dekabr tarixlərində keçiriləcək Malayziya Təhsil Sərgisinə dəvət edirik! 

Qeyd: Saat 11:00-da mətbuat nümayəndələri üçün mətbuat konfransı təşkil ediləcək 

Ətraflı məlumat üçün: “Malayziyada Təhsil Sərgisi 

Tarix: 2-3 dekabr 

Ünvan: Park Inn Radisson Hotel, “Dan Ulduzu” zalı 

//maps.app.goo.gl/st1hg8MyGz1jxSj37 

Telefon: 051 897 4848; WhatsApp: 051 830 5353 

Qeydiyyat üçün: //forms.gle/wdDL4QUaVP4VGTPw6   

Lingva Tədris Mərkəzi Bakıda yerləşır və 2004-cü ildən fəaliyyət göstərir. Beynəlxalq test hazırlığı olan Lingva fəsliyyət göstərdiyi illər ərzində minlərlə tələbənin peşəkar və akademik həyatında rol oynamışdır.

Mərkəz yüksək biznes etikasına və öz korporativ dəyərlərinə uyğun fəaliyyət göstərir.  

2022-ci ildən etibarən ABŞ-da yerləşən ITEFLAC akkreditasitya şurasından beynəlxalq akkreditasiya qazanan Lingva hazırda TEFL, TESOL, How to Teach IELTS kimi beynəlxalq kurslar təşkil edir. Bu, eyni zamanda, bizim təhsildə keyfiyyətli işimizin sübutudur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO