UNESCO Tehrandakı səfirliyimizə silahlı hücumu pislədi

UNESCO Tehrandakı səfirliyimizə silahlı hücumu pislədi

Hazırda oxunan: UNESCO Tehrandakı səfirliyimizə silahlı hücumu pislədi

117795

UNESCO rəhbərliyi Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş silahlı hücumu pisləyib.

Bizim.Media xəbər verir ki, bu barədə UNESCO rəhbərliyinin Azərbaycanın təşkilat yanındakı Daimi nümayəndəliyinə ünvanlandığı rəsmi məktubda bildirilib.

UNESCO-nun Baş direktorunun adından göndərilən məktubda Azərbaycan hökumətinə və xalqına rəğbət ifadə olunaraq başsağlığı ifadə edilib. Həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı verilib və xəsarət alanların tezliklə sağalması dilənilib.
BMT-nin Azərbaycanın və onun xalqının yanında olduğu bildirilərək, indiki çətin vəziyyətdə diplomatik missiyaya qarşı belə aktların qadağan olduğu vurğulanıb. Məktubda, həmçinin qeyd edilib ki, Azərbaycan UNESCO Katibliyinin dəstəyinə tam əmin ola bilər.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO