Müğənni Xatun və aktrisa, aparıcı Tunay arasında qalmaqal davam edir. Biri-birindən inciyən iki tanınmışın davası bir neçə vaxt öncə Ülvira Qarayevanın "Evdəyik" verilişində düşmüşdü.
Verilişdə Xatun Tunayın əməliyyat olunan burnuna söz atmışdı. İndi isə Xatun özü də burnunu əməliyyat etdirib. Xatunu efirdə görən Tunay hisslərini big.az-la bölüşüb:
"İndi verilişə baxıram bir müğənni var, parodiya da edir. Bir dəfə efirdə mənə demişdi ki, sən başdan ayağa əməliyyatsan. Guya bu əməliyyat etdirməyib də... Ay müğənni Xatun, üzr istəyirəm parodiyaçı Xatun mən bir burnumu əməliyyat etdirmişəm, o da ki, hamı üçün var. Burun əməliyyatı ilə gözəlləşmək mümkün olsaydı, sən gərək indi gözəllər gözəli olardın. Burun, qabırğa, qarın, daha nələr, nələr...
Adamın bir üzü olar. Sən hələ mənə dediyin sözlərə görə, çox cavab verəcəksən. Bir də nəsə xəbər eşitməyim. Get başını sal aşağı, parodiyanla məşğul ol. Təsadüfən verilişdə gördüm, yadıma düşdü, yoxsa vecimə belə deyil".




































































































