Şəhərsalma üzrə ekspert, tanınmış inşaat mühəndisi Rahab Qazıyev Moderator.az saytı və “Hürriyyət”x9d qəzetinə müsahibə verib:.
-Rahab bəy, böyük bir faciə yaşadıq, hərə öz çapında
və öz marağına uyğun münasibət sərgilədi, kimi asıb-kəsdi, kimi yaltaqlandı,
kimi susdu, kimi dəxli olmayan şeylərdən danışdı. Artıq faciədən günlər ötüb və
indi söz mütəxəssislərin olmalıdı. Tikinti sahəsində təcrübəli bir mütəxəssis
olaraq, emosiyasız, hiss və həyəcansız formada deyin görək baş verən nəydi və
olanların fonunda vəziyyətdən çıxış yollarını nədə görürsünüz?
-Lap əvvəldən də
deyilmişdi ki, binaların üzlənməsi üçün istifadə edilən bu materiallar tez
alışan materiallardır. Yəni ki, bu tip materiallar yanğına davamlı deyillər və
bu səbəbdən də onların belə kütləvi şəkildə istifadəsi başından bəri yanış idi.
Indi kimlərinsə timsah göz yaşları axıdaraq
“xəbərimz olmayıb”x9d, “sertifikat yalnış verilib”x9d və s. kimi ifadələr işlətməklə,
əslində məsuliyyətdən yayınmaq istəmələri özü də bir yanlışdı. Çünki söhbət
Bakı kimi böyük bir şəhərin, Azərbaycanın paytaxtının yaşayış binalarından
gedirsə, indi gah bir-birini suçlamaqla, gah da hansısa sənədlərin yanlışlığına
istinad etməklə, sudan quru çıxmaq istəmələrinə heç bir əsas yoxdur. Bir sözlə,
bu adamlar olanları və olacaqları bilməyə borcluydular. Çünki söhbət hansısa
bir iş adamının və ya biznesmenin villasında gedən təmir-tikinti işlərindən
deyil, dövlət proqramı çərçivəsində təşkil olunan və aparılan abadlaşdırma işlərindən
gedir. Mən özüm də bu işlərə heç bir qarışacağım olmasa da, dəfələrlə müxtəlif ərazilərdə
aparılan üzləmə işlərini görən şəxslərlə bu haqda söhbət etmişəm. Hamısına da
bildirmişəm ki, binaların bu cür materiallarla üzlənməsi çox təhlükəlidi. Və
çox qəribədi ki, həmişə də həmin işləri görən müxtəlif səlahiyyətli adamlar
eyni cavabı veriblər ki, bizə nə var, deyiblər eləyin, biz də eləyirik. Hətta
yadımdadı iş icraçılarımdan birinə dedim ki, siz başa düşürsünüzmü ki, bu materiallarla təkcə orda yaşayanları yox,
binaların özlərini də kəfənləyirsiniz.
Bəzən elə olurdu ki, bu
adamlarla saatlarla söhbət edib, baş verə biləcəklər haqqinda danışırdım. Əlbəttə,
gərək bunlar olmayaydı. Özü də bunun bir neçə siqnalı da oldu. Lakin buna
reaksiya verən bir kimsə olmadı. Hamı elə hesab eləyirdi ki, yenə də, hətta
yanğın olsa belə, indiki fəlakət səviyyəsində itkilər olmayacaq. Amma Allahın
yazığı gəldi ki, yenə də bu yanğında olan fəlakət və itkilər öz miqyasına görə
ola biləcəklərdən az oldu. Təsəvvür eləyin ki, indi yanan bina cəmi bir blokdan ibarət idi. Amma
belə bir dəhşətli yanğ;n coxbloklu binada da baş verə bilərdi. O zaman yaşana
biləcək fəlakətin miqyasları barədə düşünmək belə adamı qorxudur. Bütün
hallarda yaşanan cox böyük faciədi. Ona görə də bütün bu üzlüklər qəti şəkildə
və birmənalı olaraq dərhal sökülməlidi. Həm də bu işlərin gedişində ən böyk səhv
o olub ki, həmin o üzlükləri birbaşa divara yapışdırmayıblar. Mən sizə deyirəm
ki, bəlkə o üzlüklər divara yapışdırılmış olsaydı, alov bütün binanı ağuşuna
ala bilməzdi. Üzlüklərlə divarın arasında olan məsafə yanğına birbaşa nəfəs
verib. Düzdü, indi cox adam, çox söz deyir, amma burada çox yüksək səviyyədə səhlənkarlıq
olub. Baş vermiş fəlakətə görə, ilk növbədə Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər
İcra Hakimiyyəri və eləcə də Binəqədi Rayon İcra Hakimiyyəti birbaşa məsuliyyət
daşımalıdı. Baxın, indi bu işlə bağlı həbs olunanlar var və hələ də araşdırmalar
davam edir.
- O məsələyə
hələ qayıdacağıq. Amma Azərbaycanın
cağdaş idarəetmə sistemində bəlli reallıqlar var. Siz sərbəst adamsınız
və mütəxxəssis kimi burda oturub rahat
danışa bilirsiniz. Amma prezidentin sadəcə bir təbəssümlə, ya da bir jestlə bəyəndiyini
hiss elətdirdiyi hər hansı bir işə qarşı, nazir və ya icra başçısı olmasından
asılı olmayaraq, kim qarşı çıxa bilər? Baxın, ində bir “zavxoz”x9d, bir də JEK müdiri tutulub.
Məsələyə bu şəkildə yanaşmaq özü növbəti faciələrin siqnalı deyilmi?
- Gəlin hələ məsələnin axırını gözləyək. Bəlkə
araşdırmaların nəticələri gedib lap yuxarılara çıxasıdı. Sadəcə, mən buda
oturub aparılan istintaqa müdaxilə eləyə bilmərəm. Indi mən də eşitdim ki, artıq qərar verilib,
şəhərdə olan bu tip binaların hamısının üzü sökülməli və həmin binalar bayır tərəfdən
boyanmalıdı. Bunun özü o deməkdi ki, artıq belə yanğınların meydana gəlmə təhlükəsi
sovuşur. Amm indi kimi tutullar, kimi tutmurlar, bu sonrakı məsələdi və biz belə
hallarla bağlı dünya praktikasını götürsək, o zaman birmənalı şəkildə deməliyəm
ki, hadisə baş verən kimi, Bakı şəhərinin meri Hacıbala Abutalıbov dərhal könüllü
şəkildə istefa verib getməliydi. Hətta
bu məsələdə onun birbaşa günahkar olub-olmadığını bir kənara qoysaq da, artıq olanlar olub. O
tutduğu vəzifəyə rəğmən, Bakı şəhərində hər bir vətəndaşın həyatına birbaşa məsuliyyət
daşıyır. Söhbət heç də bu kimi hallarda mütləq daşınmalı olan cinayət məsuliyyətindən
getmir və bu ilk növbədə bir mənəvi borc
məsələsidi. Bayaq dediyim kimi, müəyyən vəzifə sahibləri var ki, bu cür
hallarda birbaşa günahkar olmasa da, mənəvi
məsuliyyət daşimalıdır. Amma bizdə necədi?
Mən bunu çox səmimi, həm də bütün məsuliyyətimlə deyirəm. Bizdə ölkə boyu bütün
tikinti işlərində hamı onu gözləyir ki,
büdcədən pul ayrılsın və işə başlasınlar. Amma tikinti sahəsində də, başqa sahələrdə
olduğu kimi, bir çox qaydalar və yazılmamış qanunlar var. Bu qaydalara görə iş ilk öncə layihələnməlidi.
Həmin layihə Fövqəladə Hallar Nazirliyinə getməlidi. Bütün müvafiq ekspertizalardan
sonra layihə təsdiqlənməlidi. Yalnız bundan sonra işlər başlana bilər. Bizdə isə,
istər regionların inkişafı proqramı, istərsə də Bakı və Bakıətrafı ərazilərin
inkişaf proqramı olsun, ya da, lap elə özəl tikinti şirkətlərinin əksəriyyətinin
binaların tikintisi ilə bağlı layihələri Fövqəladə Hallar Nazirliyi tərfindən təsdiqlənməyib.
Bir daha deyim ki, mən bunu bütün məsuliyytimlə bildirirəm.
- Hətta
artıq insanların yaşadığı binalar var ki, dövlət komissiyası tərəfindən təhvil
alınmayıb.
- Bəli, bu məsələ də ciddi məsələdi və bu haqda
hələ üç-dörd il əvvəl prezidentin sərəncamı olub ki, binaları sənədləşdirin.
- Bəs niyə sənədləşdirilmir?
- Ona görə sənədləşdirilmir ki, burda elə
binalar var ki, lahiyədə 12 mərtəbə göstərilib, amma 16-18 mərtəbə tikilib. Hətta
çoxlarının 12 mərtəbəli layihələri də təsdiqlənməyib.
Yəni əksər binalarda ciddi şəkildə layihədən çıxmaq və yayınmalar olur. Dövlət
komissiyası tək FHN-dən ibarət deyil. Burada xeyli sayda müvafiq qurumlar var və
heç kəs də məsuliyyəti öz üzərinə götürmək istəmir. Ya ciddi monitorinqlər
aparıb tam yaramaz binaları sökmək lazımdı, ya da mümkün olan binaların layihə
çərçivəsinə salınaraq, sənədləşdirilməsi gərəkdir. Yenə deyirəm, mütləq ciddi
monitorinqlər keçirilməli və gələcəkdə ciddi fəsadlar yarada biləcək problemlər aradan qaldırılmalıdı. Ilk növbədə,
xüsusən də, Bakıda tikilən hündürmərtəbəli binaların zəlzələyə davamlılıq məsələsi
tam ciddiyyətilə yoxlanmalıdır. Bu gün hətta insanlar binada yaşasa belə, həmin
binanın zəlzələyə davamlılığını yoxlaya biləcək texniki vasitələr mövcuddur.
- Bakıda hündürmərtəbəli
binaların sayı həddən artıq çoxdu, hətta regionlarda belə bu cür binaların
tikintisinə başlanıb. Bu faciə bir məsələni də ortaya qoydu ki, bizim müvafiq
qurumların əlində olan texniki vasitələr 6-7 mərtəbədən yuxarı çıxmaq üçün
xeyli problemlə müşayiət olunur. Belə bir şəraitdə daha böyük təbii fəlakətlər-filan
baş verərsə, nə olacaq və ümumiyyətlə sizin də dediyiniz kimi bu binaların
dayanıqlılığı nə dərəcədə etibarlıdı? Yəni bir mütəxxəssis kimi kənardan bu məsələlərə necə baxırsınız?
-Mən əlimdə müvafiq sənədlər
və sübutlar olmadan bu haqda heç nə deyə bilmərəm, amma onu deyə bilərəm ki,
biz tikinti işləri ilə məşğul olan zaman bütün binaların dayanıqlılığı 9 bala
hesablanırdı. Mən də bayaq ona görə dedim ki, binalar mütləq dayanıqlılıq
baxımından monitorinq edilməlidi və bu, mütləq və mütləq olunmalıdı. Baxın, mən
sizə tikintisini kənardan izlədiyim bir bina haqqında danışmaq istəyirəm. “Madera
Hospital”x9d deyilən bir hospital var, bu bina Naxçivani küçəsində yerləşir və düz
mənim evimnən üzbəüzdü. O binanın “katlavan”x9dı qazılanda mən kənardan müşahidə
eləyirdim. Qazıntının bir hissəsindən sonra dördüncü qrup qrunt çıxdı. Bu qrunt
adətən bərk suxurlardan ibarət olur, amma bizim anlamda elə də möhkəm qayalar
deyil. Bunlar həmin quruntu götürmədilər və necə deyəllər, binaya axsaq bir
fundament qurdular. Mən şəxsən bunu texniki tərəfdən təhlükə hesab edirəm. Amma
bina tikilib hazırdı və insanlar da orda yaşayırlar, həmin binanın aşağısında
hospital da fəaliyyət göstərir. Yəni, demək istədiyim odur ki, bu cür təhlükəli
tikintilər şəhərin başqa yerlərində də ola bilər, amma hansı binanın
dayanıqlılığının nə qədər olduğunu söyləmək çətindi. Bu günkü FHN-in bu cür
yoxlamalar aparılması üçün texniki vasitələrininin olduğunu mən bilirəm. Hələ
ki, Allah üzümüzə baxıb və daha böyük fəlakətlər baş verməyib, bu cür
monitorinqlərdən keçə bilməyən binalar dərhal sökülməlidi. Layihədən artıq mərtəbələri
olan binaların isə monitoriqsiz-filansız düşünmədən sökülməsi vacibdir. Amma indiki kimi, bir
hadisə olandan sonra əl-ayağa düşüb, belə oldu, elə oldu, deməyin nə mənası var?
-İndi yaxşı ya pis, ucuz ya baha, yerli ya yersiz,
istər Bakıda, istər respublikanın regionlarında yeni yaşayış binaları və digər
təyinatlı binalar tikilib və tikilməkdə davam eləyir. Amma burda niyəsə heç kəsin,
bilərəkdən və ya bilməyərəkdən, diqqətə almadığı ciddi problemlər var. Bəllidi
ki, Bakının kanalizasiya sistemi və digər kommunal xidmət sistemləri milyonluq
şəhərin standartlarına hesablanıb. Amma elə indinin özündə Bakıda yaşayan əhalinin
sayı 3-4 milyon civarındadı. Belə bir vəziyyətdə yavaş-yavaş insanların yerləşdiyi
binaların hamısı dolandan sonra Bakının kanalizasiya və digər kommunal xidmətləri
necə işləyəcək və bu problemlərin həlli üçün nələr edilməlidir?
Ardı var






































































































