“Bakının mərkəzi ilə Gədəbəyin dağ kəndi arasında fərq aradan qalxacaq”x9d

“Bakının mərkəzi ilə Gədəbəyin dağ kəndi arasında fərq aradan qalxacaq”x9d

Hazırda oxunan: “Bakının mərkəzi ilə Gədəbəyin dağ kəndi arasında fərq aradan qalxacaq”x9d

72151
 Fevralın 10-da dövlət başçısının sərəncamı ilə «Bakıelektrikşəbəkə» ləğv olunub, onun yerində «Azərİşıq» yarandı. Bundan sonra ölkədə enerjinin istehsalı ilə «Azərenerji», onun paylanması ilə «Azərİşıq» məşğul olacaq. 

Moderator.az qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin musavat.com-a müsahibəsini təqdim edir:


 - Tanriverdi bəy, strukturlaşma necə gedir? Yalnız Bakıya xidmət edən bir qurumun bütün ölkənin enerji təchizatı yükünü çəkməyə gücü çatırmı? 
 
- Proses sürətlə gedir. 6 regional idarə yaradılmasını planlaşdırırıq. Ətraf rayonlar ərazi üzrə yaxın regional mərkəzlərə tabe ediləcək, ümumi idarəetmə isə təbii Bakıdan ”“ mərkəzdən olacaq. Rayonların isə əvvəllər olduğu kimi idarələr fəaliyyət göstərəcək, ancaq onlar Bakıya yox, regional idarələr tabe olacaqlar. Bütün proses yeni texnologiyaların tətbiqi, ən çağdaş idarəetmə strukturları əsasında aparılır. Düşünürəm ki, bu qərar ölkənin enerji ilə daha yaxşı təchiz edilməsinə geniş imkanlar yaradır. Sualınızın ikinci hissəsinə gəlincə, məncə, buna gücümüz çatacaq. Bakı şəhərində görülən işlər göz qabağındadır. Biz illərlə çalışıb Bakının enerji ilə təchiz edilməsində ciddi bir düzən yarada bilmişik. Bu gün paytaxtın enerji problemi yoxdur. Ən xırda detallara qədər prosesi yeniləşdirməyə, insanlara keyfiyyətli xidmət göstərməyə nail olmuşuq. Elə az zamanda gördüyü işlərə, qazandığı uğurlara görə “Bakıelektirkşəbəkə”x9d bütün ölkə üzrə fəaliyyət göstərmək etimadı qazanıb. Nəticələr göz qabağındadır. Azərbaycana gələn bir neçə prezident şəhərin işıqlandırılmasına görə Bakının gecələrinin gündüzlərindən daha gözəl olduğunu deyib. İndi bu təcrübəmizi regionlarda da tətbiq edəcəyik. Bakının mərkəzi məhəlləsi ilə Gədəbəyin dağ kəndi, ya Lerikin ucqar kəndi arasında fərq aradan qalxacaq ”“ bütün ölkənin işıqla təminatından bir qurum məsul olacaq. 

 - Bundan sonra regionlardakı əhali öz enerji problemləri ilə bağlı Bakıya müraciət etmək imkanı qazanacaqmı, yoxsa bu işlərlə rayonlardakı qurumlar məşğul olacaq? 

 - “199 Qaynar xətt”x9di bütün ölkə üzrə fəaliyyətdə olacaq. Abonentlər istənilən nöqtədən həmin nömrəyə zəng edib problemləri bildirmək imkanı qazanacaqlar. İndidən əmin edirəm ki, abonentlərin heç bir müraciəti cavabsız qalmayacaq. Ən sürətli texnologiyalar vasitəsi ilə bütün müraciətlər mərkəzə ötürüləcək, onların qısa zamanda aradan qaldırılması üçün tədbir görüləcək. 

 - Yəqin bölgələrdə durum dəyərləndirmələrinə başlamısız. Vəziyyət necədir, ən çox hansı bölgələrdə problemlər var? 

 - Mən obyektiv danışmağı sevirəm. Hələlik bölgələrə gedərək problemlərlə birbaşa tanışlıq imkanım olmayıb. Əgər görsəydim, təbii daha fərqli, detallı danışa bilərdim. Yəqin qərarın icrası başlayan kimi proseslə daha yaxından tanış olmaq, əyər-əskiyimizi daha aydın görmək imkanımız yaranacaq. Bu yaxınlarda biz bir sınaqdan keçdik - sərəncam imzalanan günün səhəri qar yağdı. Həmin günlərdə yaşadıqlarımız qurumun həssas nöqtələrini göstərmiş oldu. Bəzən elə düşünülür ki, kəskin hava dağ rayonlarında elektrikin verilişi ilə bağlı daha ciddi problemlər yaradır. Ancaq son qarlı hava göstərdi ki, Aran rayonlarında da görüləcək işlər çoxdur. Hətta elə Aran bölgələri oldu, orada enerji verilişinin bərpası bir neçə saat yox, bir neçə gün çəkdi. Əslində həmin günlər bölgələri enerji ilə təmin etmək bizim səlahiyyətimiz deyildi. Ancaq çətinlik yarandığı üçün biz “Azərenerji”x9dyə dəstək verərək evlərə, obyektlərə daha tez elektrik verilməsi üçün çalışdıq ki, insanlar soyuqda çətin durumda qalmasın. Ötən müddətə biz regionlardakı durumu bir neçə dəfə müzakirə etmişik, ümumi mənzərəni deyil, konkret problemləri öyrənməyə çalışmışıq. İndi əməkdaşlarımız bölgələrdə təhvil-təslim işləri ilə məşğuldur. İşlərin böyük bir hissəsi bitmək üzrədir. Yaxın zamanlarda biz artıq vahid bir struktur olaraq işləməyə başlayacağıq. 

 - Bu sərəncamdan sonra sistemdə ciddi ixtisarlar olacağı da deyildi. Bu nə dərəcədə əsaslı iddiadır? Struktur dəyişikliyində işsiz qalanlar oldumu? 

 - Bu iddiaların heç bir əsası yoxdur. Hamı öz vəzifəsində qalır. Əksinə biz çağdaş texnologiyaları bilən gəncləri işə cəlb etməklə məşğuluq. Çünki yeni texnologiyaların tətbiqi ilə onlara tələbatı öncəki dönəmlərə nisbətdə xeyli artırıb. İşinin öhdəsindən gələnlər təbii vəzifələrinin icrasını davam etdirəcək. Çünki sistemi bilən təcrübəli insanlar hər bir qurum üçün əvəzedilməzdir. Bizim tədris mərkəzimizdə yeni kadrların hazırlanması davam edir. 8 mart ərəfəsində xanım əməkdaşlar üçün təlimlər təşkil edilmişdik. Texniki Universiteti, Neft Akademiyasını bitirən gənclər təlim mərkəzində hazırlıq keçəndən sonra işə götürülür. İndiyə qədər biz yalnız Bakı üçün kadrlar hazırlayırdıqsa, bundan sonra regionlar üzrə kadrlar da burada hazırlanacaq. Bu bizə əhaliyə göstərilən xidmətin keyfiyyətini artırmaq imkanı verəcək. Rəhbərlik kadr məsələsinə hər zaman xüsusi diqqətlə yanaşır. Bundan başqa biz, bütün abunəçilərə internet üzərində xidmət göstərməyə də hazırlaşırıq. Bakıda yaşayanların illərdir belə bir imkanı var. İndi “Bakıelektrikə”x9dnin sayt yenilənir, yaxınlarda ölkə üzrə bütün abonentlər internet xidmətindən də yararlana biləcək. 

 - Tanrıverdi bəy, siz bəzi dövlət başçılarının Bakı gecələrinin gündüzlərindən daha gözəl olduğunu vurğuladığını dediniz. Ancaq bu durumu israfçılıq kimi qiymətləndirənlər də var... 

 - Bu deyilənlərdə həqiqət var, təbii. Ölkədə enerji problemi yoxdur. Bu gün abonent evində 1, ya da 10 lampa yandırırsa, bu onun seçimidir. Enerji haqqını vaxtlı-vaxtında ödəyirsə, biz bir söz deyə bilmərik. Ölkədə enerji çatışmazlığı problemi olmasa da, qənaətə hər zaman ehtiyac var. Xüsusi ehtiyac yoxdursa, lazım olmayan yerlərdə artıq işıq yandırmamalıyıq. - Şəhərin hətta mərkəzi məhəllələrində gecə işıqlandırması çox pisdir. Məsələn, Nizami rayon İcra Hakimiyyəti binasına bitişik küçələrdə belə gecə yalnız maşınların işığına hərəkət etmək mümkündür. Bu durumu düzənə salmaq planlarınız varmı? - Küçələrin, məhəllələrin işıqlandırılması bizim səlahiyyətimizdə deyil. “Azərİşıq”x9d yalnız abonentlərin enerji ilə təchiz edilməsinə səlahiyyətlidir. Dediyiniz problemlərlə yerli icra hakimiyyətlərinin tərkibindəki xüsusi strukturlar məşğul olmalıdırlar. Onlar bizim abonentlərimizdir. Onlar nə qədər tələb etsələr, bizim həmin tələbatı ödəmək imkanımız var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO