“Ali məktəb müəllimlərinin əksəriyyəti dedikləri fənləri lazımınca bilmirlər”x9d ”“  MÜSAHİBƏ

“Ali məktəb müəllimlərinin əksəriyyəti dedikləri fənləri lazımınca bilmirlər”x9d ”“ MÜSAHİBƏ

Hazırda oxunan: “Ali məktəb müəllimlərinin əksəriyyəti dedikləri fənləri lazımınca bilmirlər”x9d ”“ MÜSAHİBƏ

159721



Moderator.az sosioloq alim, professor Əhməd Qəşəmoğlu ilə təhsil problemlərindən bəhs edən müsahibəni oxuculara təqdim edir:

-Bu gün Azərbaycanda elm sahəsində gənclərin hər hansı uğur qazanmasına inam demək olar ki, yoxdu. Sanki inanmırıq ki, hansısa Azərbaycan gənci elmi ixtiraya nail ola bilər. Bu inamsızlıq haradan qaynaqlanır?

- Bu suallar məni də çox xa0düşündürür. Ona görə də problemi xa0hər zaman yaxından araşdırmağa çalışmışam. Ola bilsin ki, cavabımdan kimsə inciyə bilər. Amma bunu heç istəməzdim. Bu şərhi kiminsə xətrinə dəymək üçün vermirəm. Əksinə, bəlkə onlara kömək olacağını düşünürəm. bu sahədə təhsil işçilirəmizə də əlimdən gələn köməyi etməyə hazıram. xa0
Təhsil sahəsindəki vəziyyətin yaxşılaşmasını həqiqətən istəyiriksə, məsələyə obyektiv olaraq baxmalıyıq. Təhsil sahəsində ölkəmizdə son illər gedən bir çox xa0mühüm fəaliyyəti olduqca müsbət qiymətləndirməklə, demək lazımdır ki, dediyiniz problemin kökü bizim təhsil sistemimizdə və indiki müəllimlərin böyük çoxluğundadır. xa0

-Fikrinizi bir neçə nümunə ilə konkretləşdirin, zəhmət olmasa...

-Məsələ belədir: indiki vaxtda bizim tamamilə başqa bir təhsil sistemimiz olmalıdır. İndiki kimi yox. Dediklərimi izah edim: xa0otuz il bundan əvvələ qədər, hər bir şagirdin, tələbənin fəal olmasında, yaradıcılığa meyilli olmasında həm ailələrin çoxu, həm məktəb, həm də cəmiyyət əlbir fəaliyyətdə idi. İndi ailələrdə və cəmiyyətdə böyük gərginlik yaranıb. Deməli, ailə və cəmiyyət yeni kadrların yetişməsində əvvəlki müsbət rolunu oynaya bilmir. Əksinə, maddi dəyərlərin hegemonluğu altında ailə və cəmiyyət yeni xa0nəslin daha yaradıcı yetişməsinə bir çox hallarda mənfi də təsir göstərir. Amma, ölkə üçün keyfiyyətli kadrları yetişdirmək vəzifəsi aktual olaraq ortadadır İndiki şəraitdə ailə və cəmiyyətdəki gərginliyi az zamanda ortadan götürmək mümkün deyil. Deməli, bütün ümid təhsil sistemimizədir. Təhsil sistemimiz öz vəzifəsinin öhdəsindən daha layiqli gəlmək əvəzinə, günahı elə ailə və cəmiyyətdə axtarır. Əslində isə, elə təhsil sistemimizin özü, özünü daha yaxşı təşkil etmək üçün cəmiyyətdə və ailədə hansı məsələləri diqqət mərkəzinə gətirmək barədə hökumətə, ailələrə, cəmiyyətə təkliflər verməlidir.

Beləliklə, təhsil sistemimiz indiki vaxta gənclərimizin intellektual potensialını üzə çıxarıb bunu ölkənin tərəqqisinə yönəltmək üçün ortaya yeni fəlsəfə, yeni konsepsiya, yeni mexanizmlər qoymalıdır.
Bəziləri dərhal deyə bilərlər ki, cəmiyyətdə, ailədə belə gərginlik yarandığı zaman təhsil sistemi daha layiqli kadrlar yetişdirməkdə xa0acizdir. Bu, yanlış fikirdir. Misal üçün, Qori seminariyası bunu necə edirdi? O zaman xa0da cəmiyyət problemlərlə dolu idi.xa0



-Sizcə, xarici ölkələrin təcrübəsindən yararlanmaq təhsil sistemimizə nə verə bilər?

-Bizim təhsil sistemi, problemi həll etmək üçün hansısa ölkələrin təcrübəsindən istifadə etməyə ümid edir. Sosiologiya, sosial psixologiya elminin xa0müddəaları ilə yaxından tanış olanlara aydındır ki, bu mümkün deyil. Hələ xa0heç xa0zaman görünməyib ki, kimi isə yamsılamaqla ciddi bir uğur qazanılsın. Bir adamın orqanizmini başqa adamı üçün yazılmış reseptlə müalicə etmək olmaz. Biz öz ölkəmizin, öz milli psixologiyamızın, öz problemlərimizin, öz inkişaf modelimizin tələblərinə uyğun olan milli təhsil konsepsiyası əsasında fəaliyyətdə olmalıyıq. Biz elə azərbaycançılıq fəlsəfəsinə uyğun bir elə təhsil konsepsiyası qurmalıyıq ki, bu bizim potensialımızı, mədəniyyətimizin dərin qatlarını hərəkətə gətirib üzə çıxarsın. Indiki məhdudiyyətlər daxilində daha keyfiyyətli kadrlar yetişsin. İndi elə bir təhsil sistemi olmalıdır ki, şagirdləri, tələbələri xa0onların heç də ingilisdən, almandan, amerikalıdan, yəhudidən, yapondan kəm olmayan bir şəxsiyyət, fərd olduqlarını xa0inandırsın. İndiki dövrdə hər birinə xa0vətən qarşısında mühüm vəzifələri olduğunu aşılasın.xa0

-Yaxşı, bəs bizə necə bir təhsil sistemi lazımdır ?

-Yalnız yeni məktəb binaları tikməklə təhsildə əsaslı uğura nail olmaq olmaz. Yaxud müəllimlərin maaşlarını qaldırmaqla, İKT xa0resurslarından daha çox istifadə etməklə də arzu olunan vəziyyəti yaratmaq qeyri mümkündür. Bunlar köməkçi vasitələrdir. Bu məsələyə strukturca yanaşmaqdır. Amma biz məsələyə daha çox funksional olaraq yanaşmalıyıq. Yəni bizə daha yaxşı funksional nəticə göstərə bilən təhsil sistemi lazımdır. Bizə öz funksiyasını, təyinatını daha yaxşı yerinə yetirən struktur yanaşma lazımdır. Biz indi təhsilin strukturunda yalnız o dəyişiklikləri etməliyik ki, onlar dərhal təhsilin uğurlarına kömək etsin.xa0

-Təhsilə zərbə əsas elementlərdən biri də cəmiyyətin riayət etdiyi xa0mentallıqdır. xa0Bu mental “dəyərlər”x9d şagird psixologiyasını nə dərəcədə məhv edir?

-Valideyin sevinə-sevinə, qəlbində işıqlı arzular öz körpəsini birinci sinifə gətirir. xa0Təbii ki, təqribən 30 ”“a qədər uşaq olan hər sinifdə, bir qayda olaraq 5-6 yaxşı oxuyan şagird olur. Yerdə qalan 25 şagird 11 il qınaq, danlaq, psixoloji təzyiq obyektinə çevrilir. Bu onların əksəriyyətinin psixikasını pozur, xa0normal şəxsiyyət kimi formalaşmasına xa0mane olur. Amma yaxşı təhsil sistemində, hər körpə fərəhlənməli, öz daxili potensialını biruzə verməli və ona bu potensialın üzə çıxması üçün şərait yaradılmalıdır. xa0Bunun üçünsə xa0hər bir orta məktəbin ya öz tərkibində peşə təhsili şəbəkəsi yaradəlmalıdır, yaxud da bir neçə orta məktəbə xidmət edən bir ciddi peşə məktəbi yaradılmalıdır. xa0İbtidai siniflərdə xa0həqiqi psixoloji xidmətin fəaliyyəti gücləndirilməlidir. İbtidai siniflərdə hər bir şagirdə hər bir fəndən daha vacib olan özünə inam, öz daxili potensialını ortaya qoymaq istəyini yaratmaqdır. Cəmiyyətdə ali təhsil kultu ortadan götürülməlidir. Ən nüfuzlu adam öz peşəsini daha yaxşı bilən, öz ölkəsinə daha çox fayda verə bilən adam olmalıdır.xa0


-Fikrinizcə, ən birinci nədən başlanılmalıdır, hansı islahatlar aparılmalıdır?

-Təhsil sistemində ciddi planlaşdırma olmalıdır. Ölkəyə hansı sahədə nə qədər mütəxəssisin lazım olduğu xa0bilinmir. Ali məktəblərdə xa0məzunların təyinatla işə göndərilməsi məsələsi yoxdur. Tələbələrin qabiliyyəti, aldıqları təhsilin keyfiyyəti onlara iş tapmaqda elə də kömək etmir. Belə bir vəziyyət təhsilin keyfiyyətinə ciddi zərbə vurur. İndi tələbələrin bir çoxunu təhsildən soyudan, universiteti bitirdikdən sonra savadlarına görə iş tapa bilməmək qorxusudur. Ona görə də təhsilimizin strukturu elmi əsaslarla qurulmalıdır. Daha yaxşı oxuyan tələbələr təhsil müddətinin sonuna qədər ilbə il seçilməli və onlara xa0təmənnasız olaraq yaxşı iş yerlərinə təyinat verilməlidir.xa0

-Əhməd müəllim, təhsil çox geniş anlayışdı. Fikrimizi konkret bir detal üzərində- universitetlərdə cəmləşdirək...

....İndiki ali məktəbə qəbul qaydaları kökündən dəyişməlidir. Mövcud sistem orta məktəbdə repetitor sistemini inkişaf etdirməklə, yuxarı sinifdə davamiyyətə ciddi zərbə vurur. Əzbərçi nəsil yetişir. Onların da əksəriyyəti arzu etmədiyi ixtisasa xa0düşür və dərhal təhsilə qarşı etinasızlıq yaranır.
İndi təhsil ocaqları 40-50 il bundan qabaqkı kimi, tələbələri, tələbə qruplarını bir sistem kimi idarə etmək metodundan əl çəkməlidirlər. Cəmiyyət artıq xeyli mürəkkəbləşib. İndiki elmi düşüncə də diktə edir ki, indi bu sistemin özünü elə hərəkətə gətirmək lazımdır ki, o sistemdəki hər bir element idarəetməyə kömək etsin. Başqa sözlə desək, tələbə mühitinə özünü təşkil edən bir sistem halına gəlməyə kömək etmək lazımdır. Amma yenə də trafaret metodlarla, kimi isə yamsılamaqla yox, tələbə mühitinin öz potensilaının xarakterindən istifadə etməklə olmalıdır bu. xa0Ona görə də , indi təhsil sistemimizin elmi əsaslarla qurulmasına çox ehtiyac var. Təəsüf ki, indiki xa0vaxta bu işlər formal olaraq həyata keçirilir. Bu sahədəki elmi-tədqiqat qurumlarının potensialı çox zəifdir.xa0

-Təhsil sistemində analitik düşüncə deyil, faktların əzbərlənməsinə meylin artması şagirdlərin dünyagörünüşünə nə dərəcədə zərbə vurdu?

-Təəssüf ki, təhsil sistemimizdə əzbərçilik prinsipi hələ də çox güclüdür. Təhsil alanlar arasında imtahan verdiyi fənləri dərindən dərk etmək vərdişləri azdır, əsas qabiliyyət daha çox yadda saxlayıb imtahan verməyə verilir. xa0Bunun nəticəsidir, belə xa0mütəxəssislər, hətta elmi dərəcələri olduqda belə əzbərdən danışmağa, məqalə yazanda xa0əsasən öz mühakimələrinə yox, icmal tutmağa daha çox can atırlar. Ibtidai məktəbdən başlayaraq xa0şagirdlərdə yaradıcılığa, öz potensialını üzə çıxarmağa həvəs yaradılmalıdır. Onlarla bu sahədə peşəkar mütəxəssislər məşğul olmalıdır. Daha yuxarı siniflərdə, orta ixtisas, ali məktəblərdə ixtiraya, kəşfə, ciddi elmi araşdırmalara xa0maraq ciddi şəkildə gücləndirilməlidir. Hələ sovet dövründə belə bu məsələlərə diqqət verilirdi. İndi bu sahədə fəaliyyət qat-qat artırılmalı, istedadlı, dövlətimizin maraqlarına uyğun fəaliyyətdə olan gənclərin xa0yeni ciddi ixtiralar, kəşflər etməsi üçün şərait yaradılmalı, onlara köməklik göstərilməlidir. Stimul sistemi düşünülməlidir. Bu kəşflər xa0ölkənin imicini çox yüksəklərə qaldıra bilər.
-Görmək istədiyiniz təhsil sisteminə nə zaman sahiblənmək mümkün olacaq?
-Təhsil sahəsindəki xa0uğurlarımız o zaman arzu olunan səviyyədə olacaq ki, biz orta əsrlərdəki intibah dövrümüzün potensialından- Nizami, Bəhmənyar, Sührəverdi, Nəsimi, Füzuli, Tusi kimi onlarca dahi insanlarımızı yetişdirən orta əsr mədəniyyətimizin potensialından lazımınca bəhrələnə bilək. Biz nə vaxta qədər, xa0bu insanlarımızın dahiliyini xa0yəhudi, fransız, rus, alman, ingilis və s. mütəxəssislərin tədqiqatı əsasında müəyyənləşdirəcəyik?xa0
Bizim milli potensialımızın, dəyərlərimizin mənbəyi, kökü əsasən orta əsrlərdədir. O zamankı yazılı elmi, bədii mənbələrimiz isə əsasən ərəb, fars dilindədir. Amma bizim mütəxəssislərimiz arasında o dilləri bilənimiz azdır. xa0Bu məsələyə ciddi diqqət verilməli, orta əsrdəki nəaliyyətlərimizi daha peşəkar şəkildə ortaya qoymalı, onlardan daha çox bəhrələnməliyik. Bunu bizdən eyni zamanda azərbaycançılıq fəlsəfəsi də tələb edir.

-Bəlkə, bir az nikbin danışaq... Axı problemlər hər dövrdə olub...

-...Cəmiyyətimizdə həqiqi yaradıcı insanlara yüksək qiymət verilməlidir. Bu yeni nəslin dəyərlər yönümünə ciddi təsir edər. 60- cı, 70 ”“ ci illərin şagirdlərinin, tələbələrinin bir çoxu Üzeyir Hacıbəyov, Yusif Məmmədəliyev, Həsən Abdullayev, Qara Qarayev, Azad Mirzəcənzadə və b. xa0 olmaq istəyirdirsə, indikilər tanımadıqları bir biznesmen olmaq istəyir. Bu gün istedadlı uşaqlar, gənclər yetişdirmək istəyiriksə, ilk növbədə istedadlı yaşlı nəslə, istedadlı xa0qocalara da diqəti artırıb onların potensialından daha səmərəli şəkildə bəhrələnməliyik. Onların çəmiyyətdəki nüfuzunu qaldırmalıyıq.əhmənyar,xa0
İndiki müəllimlərin bir çoxu, yeni ixtisaslara uyğun fənlərdən dərs deyən ali məktəb müəllimlərinin əksəriyyəti dedikləri fənləri lazımınca bilmirlər. Onlar yeni nəsillə davranış qaydalarını da lazımi şəkildə təsəvvür etmirlər. 30 ili əvvəlki qaydalarla tədris etmək istəyirlər. Nəticə göz qabağındadır. xa0Nəticədə əzbərçi, öz təhsilinə laqeyd xa0gənclər yetişir ki, onlarda da yaradıcılıq tələbatı yox dərəcəsində olur. xa0Belələrini isə müxtəlif təriqət nümayəndələri, siyasi qüvvələr, kriminal aləm xa0daha tez ələ ala bilir.xa0
Sonda onu demək istəyirəm ki, bu sadaladığım və digər problemləri ortadan götürmək mümkündür. Mən bununla bağlı konsepsiya da hazırlamışam. Təəssüf ki, bu konsepsiya hələlik uyğun qurumlar üçün maraqlı deyil.

Elmin Nuri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO