Mahmud Hacıyev: “Yaxın günlərdə yeni həbslər və işdən azadetmələrin şahidi olacağıq”x9d
Sabiq polis rəisi, polis
polkovniki Mahmud Hacıyev “Hürriyyət”x9də müsahibəsində MTN-lə bağlı son olayları
şərh edib. Moderator.az həmin müsahibəni oxuculara təqdim edir:
-Mahmud bəy, MTN-lə bağlı baş verən hadisələri necə
dəyərləndirirsiniz? Hər kəsdə şok effekti yaradan belə bir hadisənin baş verəcəyini
qismən də olsa ehtimal edirdinizmi?
-MTN-də belə bir hadisənin baş verəcəyini 50-nin 50-ə
nisbətində gözləyirdim. Mən nə ekstrasens, nə də falçı deyiləm. Lakin MTN-lə
bağlı belə bir olayın baş verəcəyini müəyyənləşdirmək üçün ekstrasens olmağa da
lüzum yox idi. Məsələ bundadır ki, MTN rəhbərliyində təmsil olunanların böyük əksəriyyəti
polis orqanlarında ora gətirilənlər idi. Bu insanların polisdə necə
çalışdıqları, onların polisdəki xidmətlərinin nədən ibarət olduqları, hansı
intellektə sahib olduqları mənim gözlərimin qabağındadır. Polisdə işləyən bu
insanlar MTN-ə keçən zaman onların hamısı yüksək vəzifələrə təyinat aldı. Onlar
kadrlar idarəsinin rəisi, nazir müavini, II müavin, baş idarənin rəisi və s.
kimi ciddi vəzifələrdə təmsil olundu. Polisdə işləyən bu şəxslər sovet dönəmində
və müstəqilliyin ilk illərində polis xidmətini gözdən salan xidmət növündə - “obaxeyis”x9ddə
çalışırdılar. Onların müxtəlif sahələri var idi. İctimai iaşə obyektlərinə -
kababxanalara, pitixanalara və s. baxan “obaxeyis”x9d də, tikintiyə baxan, digər
sahələrə nəzarət edən “obaxeyis”x9dlər də var idi. MTN-də yüksək vəzifə tutan şəxslərin
əksəriyyəti keçmiş “obaxeyis”x9dlər idi. Bu xidmət sahəsində hər zaman çoxlu sayda
neqativ hallar baş verirdi MTN-də yüksək vəzifələrə təyinat alan şəxslər general rütbəsi aldılar, nazir müavini
oldular. Baş Kadrlar İdarəsinin rəisi olub MTN-də kadr siyasəti həyata keçirdilər.
Onların kimliyinə, polisdəki xidmətlərinə baxanda insanda belə bri təəssürat
oyadırdı ki, onlar MTN-də uzun müddət xidmət apara bilməyəcəklər. Çünki onların
polisdə işlədikləri zaman özlərini necə aparmaqları, hansı intellektə malik
olduqları hər kəsin gözünün qarşısında idi. Onlar hansı rayonda kababxanalara,
pitixanalara nəzarət edibsə, onları həmin rayonun sakinləri çox yaxşı tanıyır.
-Sizcə polis-“obaxeyis”x9d sistemində çalışan bir şəxsin
MTN-nin tələblərinə cavab verən bir kadra çevrilməsi, bu sistemin tələblərinə uyğunlaşması
doğrudanmı mümkün deyil?
-Belə bir misal var,
qırxında öyrənən görunda çalar. Atalar sözləri riyazi düsturdur. Mən onları həndəsi
teorem kimi qəbul edirəm. 45 yaşına qədər “obaxeyis sistemində çalışan, öz fəaliyyətində
neqativ hallara yol verən bir şəxs, 45 yaşında sonra milli təhlükəsizlik
sistemində çalışa bilməz. Bu, mümkünsüz bir şeydir. MTN və polis ayrı-ayrı
strukturlardır. Fəaliyyəti də, xidmət sahələri də, digər parametrləri də
tamamilə fərqlidir. Bunların MTN-də yüksək vəzifələrdə yer alması artıq göstərirdi
ki, bu şəxslər 5 ildənmi, 7 ildənmi, 10 ildənmi sonra keçmiş polis işçiləri
olduqlarını göstərəcəklər. Yəni de-şifrə olunacaqlar. Bu, gözlənilən bir hal
idi və baş verdi. Bunu qanunauyğunluq kimi qəbul etmək lazımdır. Onlar öz “obaxeyis”x9d
adətlərindən əl çəkmədilər. Bu şəxslərin MTN-də yer alması oradakı peşəkar
kadrların da fəaliyyətinə mənfi təsir göstərdi. MTN-dəki ab-havanı mənfi mənada
dəyişdi. “Atı atın yanına bağlasan həmrəng olmasa da, həmxasiyyət olar”x9d məsəlində
olduğu kimi, ordakı bəzi peşəkarları da öz xarakterlərinə uyğunlaşdırdılar. Ordakı
peşəkarların da bir qismi öz yollarını çaşdılar. Ordakılar 70-80%-i polis
işçisinə, “obaxeyis”x9də çevrildi.
-Bir çoxları hesab edir ki, sabiq MTN rəhbərliyinin
qanunsuzluqları iş-işdən keçəndən sonra aşkar edilib və bu mənada baş verənlərdən
məmnunluq duymaq üçün o qədər də əsas
yoxdur. Bu qənaəti bölüşürsünüzmü?
-Hesab edirəm ki, buna da
şükür eləmək lazımdır. Allaha şükürlər olsun ki, təxminən on ildən sonra da
olsa onlar ifşa olundu. Bu şəxslərin yol açacağı faciələr hələ qabaqda idi.
Bundan daha böyük fəsadlar baş verə bilərdi. Hazırda MTN daxilində müəyyən təmizləmə
işləri aparılır. Həbslər baş verir. Çox güman ki, növbəti həbslər dalğası
olacaq. Hələlik həbs qəti imkan tədbiri ilə 7-8 general həbsə alınıb.
Istintağın gedişatında bu həbslər daha da artacaq. Bu işin istintaqı isə
aylarla, illərlə davam edəcək. Istintaqın gedişində əlavə faktlar ortaya
çıxacaq. Çox güman ki, yaxın günlərdə həbslər də, işdən kənarlaşdırmalar da
olacaq.
-Sizcə həbs edilən və ya işdən azad edilən sabiq
MTN generallarının rütbələri əllərindən alınmalıdırmı?
-Hökmən. Allah eləsin ki,
bu şəxsləri general rütbəsindən məhrum etsinlər.Mmən istəmirəm ki, Azərbaycan
ensiklopediyasına bu şəxslərin adı düşsün, nəvələrimiz-nəticələrimizə bu
generallar örnək göstərilsin. Onların general kimi ensiklopediyaya düşməsinə
imkan verilməməlidir.
-Sizcə düşmən dövlətlərin xüsusi xidmət orqanları Azərbaycan
MTN-nin bugünkü acınacaqlı durumundan, yaranan boşluqlardan yararlana bilərmi?
-Azərbaycan coğrafi
baxımdan olduqca önəmli strateji ərazidə yerləşir. Bizim kimi ölkələr üçün MTN
dövlət hakimiyyətindən sonra ikinci mühüm strukturdur. MTN rəhbərliyi çox məsul
bir işin altına girmişdi. Lakin çox təəsüf ki, onlar bu strateji-coğrafi özəlliyi,
ölkəmizin indiki həssas vəziyyətini nəzərə almadılar. Onlar yalnız öz şəxsi mənfəətlərini
nəzərə aldılar. Yalnz yetim-yesiri tutmaqla məşğul olublar. Indi rəhbərlik dəyişilib,
dövlət səviyyəsində nəzarət var. Baş Prokurorluq istintaq aparır. Günahkarlar
obyektiv cəzalarını alacaqlar. Azərbaycan xaricə 7-8 qapısı olan məmləkətdir.
Azərbaycanın 4 torpaq qapısı var. Astara, Qusar, Qazax, Baləkən Azərbaycanın
xaricə açılan qapılarındandır. Bu qapların hər birinin isə öz MTN əməkdaşları
var. Azərbaycan MTN-nin iflic vəziyyətində olmasından qonşu dövlətlərin
hamısının xəbəri var. Onlar yaranmış vəziyyətdən istifadə edə bilərlər. Məni
narahat edən əsas məsələ budur. Mətbuatda oxudum ki, Astara “KQB”x9dsinin rəisini
işdən azad ediblər. Bu qapılara təmiz, ləyaqətli, peşəkar, dürüst kadrlar təyin
edilsə, bu, hər kəsi rahatladar. Ola bilsin ki, digər rayonlardakı MTN rəhbərliyi
yaxşı işləyir, normal xidmət aparırlar. Lakin düzü, mən inanmıram ki, keçmiş
MTN rəhbərliyi ilə dil tapan bu insanlar lazımi xidmət və nəticə ortaya
qoysunlar.
-Sizcə MTN-nin rayon təşkilatlarının da fəaliyyəti
təftiş edilməlidirmi?
-Şübhəsiz. Sizə bir misal
deyim. Qazax sərhəd bölgəsidir və burada da MTN-nin təşkilatı var. Bu gün “MTN
işi”x9d ilə məşğul olan müstəntiqlər var. Hansı ki, qanunvericilik onlara tam səlahiyyət
verir ki, məxfi əməliyyat xidmətinə əməliyyat tapşırığı yazsınlar. Çox yaxşı
olardı ki, Qazax “KQB”x9dsi ilə bağl iş aparan müstəntiqlər məxfi əməliyyat xidməti
vasitəsi ilə Qazax “KQB”x9d-si haqqında məlumat toplasın. Əslində Qazax “KQB”x9d-si
haqqında məlumat almaq üçün Qazax bazarında 5-10 adamı danışdırmaq kifayətdir.
Qazax bazarında Qazax “KQB”x9d-si ilə bağlı dəhşərli şeylər danışırlar. İndiki rəhərlikdən
daha çox Qazax KQB-sinin köhnə rəhbərliyi haqqında danışırlar və bildirirlər
ki, bu “iş metodu”x9dnu onlar qoyub getdi. Yeni rəhbərlik isə köhnələrin qoyduğu
bu iş metodunu davam etdirir. Onlar bu radiusdan çıxa bilmirlər. Hər hansı
jurnalist, müstəntiq, məxfi əməliyyat xidməti Qazaxa gəlib müəyyən sorğu,
araşdırma aparsa, Qazax “KQB”x9d-si haqqında lazımi informasiya əldə etmiş olacaq.
Post patrul xidmətinin sıravi polis nəfərinin özünə yaraşdırmadığı sözü Qazax “KQB”x9d-si
haqqında danışırlar. Onların etdiyi hərəkəti post-patrul xidmətinin sıravi əməkdaşı
özünə yaraşdırıb eləmir. Təsəvvür edirsiniz bu nə deməkdir? Qazax sərhəd bölgəsi,
strateji bir rayondur. Burada əsas rolu polis deyil, MTN oynayır. Dövlətçiliyi
qoruyan, milli təhlükəsiliyi təmin edən odur. Məndə olan məlumata görə, “MTN
işi”x9d gündəmə gələndən sonra Qazax “KQB”x9d-si bazardakı bəzi adamlara belə bir
mesaj göndərib ki, hələlik bizə çatası nə varsa müvəqqəti dayandırın, vəziyyət
xarabdır. Bu, dəhşətdir. “KQB”x9d hara, bazar hara? “KQB”x9d hara bazarkom hara? “KQB”x9d
hara, evinə güclə çörək aparan yetim-yesir hara? Keçmiş “obaxeyis”x9dlərin
strateji məntəqələrlə bağlı təyinat verməsinin özü gülüncdür. Gələn adam təbii
ki, “obaxeyis”x9d rəhbərliyin verdiyi tapşırıqları yerinə yetirəcək.
-Sizcə sabiq MTN rəhbərliyi bunca qanunsuzluğu
hansı ağıl və arqumentlə həyata keçirib? Necə olub ki, onlar məsuliyyət hissini
bu dərəcədə itiriblər?
-Bunlar tam arxayınlaşmışdılar.
Adi polis nəfərinin özünə sığışdırb eləmədiyini bunlar edirdi. Onların iş
metodu bu idi : “Burda mənəm Bağdadda kor xəlifə”x9d, “Nənəm mənə kor deyib, gəlib-gedəni
vur deyib”x9d. Bunlar nəinki sahibkarlara, hətta adi vətəndaşlara da divan
tuturdular. Mən yenə Qazax bazarını misal çəkəcəm. Məgər Qazax bazarında bir
qarın çörəyə çalşan adam sahibkardır?”x9d KQB”x9d onlarla belə “salam-əlekyhüm”x9d edir.
Bildirilər ki, biz bunu eləməzdik, amma əvvəlki
rəhbərlik bunu miras qoyub. Özü də maraqlıdır ki, MTN-də yerdəyişmələr çox
tez-tez olurdu. Əlinin papağını Vəlinin, Vəlinin papağını isə Əlinin başına
qoyurdular. Bir il Qazaxda işləyən daha sonra Astaraya gedir, Astaradakı il
yarım işləyib başqa rayona gedirdi. Güc orqanlarında belə bir qayda olub, hansı
ki, bu qayda bütün zamanlar üçün keçərlidir. Məsələn, əgər Qazaxa bir polis əməliyyatçısı
gəlirdisə, onu qısa müddətdən sonra başqası ilə dəyişmirdilər. Sovet dönəmində
Azərbaycanda Cəfər Vəliyev daxili işlər naziri işləyəndə peşəkar mütəxəssis
kimi bu amillərə ciddi fikir verirdi. O, güclü, bacarıqlı, səriştəli nazir idi.
Məsələn, ona deyəndə ki, Qazaxda bir baş əməliyyat müvəkkili var, xidmət yerini
dəyişmək istəyir, C.Vəliyev bildirirdi ki, o, 3-4 ildir ki, Qazaxda işləyir.
Onun Qazaxda artıq əməliyyat mövqeyi var. O, rayondakı şəraiti bilir. Hansısa
nabələd əməliyyatçı gəlib rayonda əməliyyat mövqeyi əldə edənə kimi əməliyyat
xidməti natamam olacaq. MTN isə bütün güc orqanları üçün önəmli olan bu faktora
əhəmiyyət vermirdi. Halbuki, bir şəşxsin özünə məxfi əməliyyat şəbəkəsi
yaratması asan məsələ deyil və zaman tələb edir. Əslində bunun özü də “obaxeyis”x9d
düşüncə tərzi və iş metodunun göstərcidir. “Obaxeyis”x9dlərdə belə bir “xəstəlik”x9d
var idi. Onlar tez-tez öz yerlərini dəyişirdilər. Bir “obaxeyis”x9d bir rayonda
2-3 ildən artıq işləmək istəmirdi. Istəyirdi ki, onun yerini tez-tez dəyişsinlər.
Onlar xidmət dönəmlərində neqativ hallara o qədər çox yol verib özlərini o qədər
çox de-şifrə edirdilər ki, öz yerlərini dəyişmək istəyirdilər. Onlar bu xəstəliyi
özləri ilə MTN-ə də gətirdilər. Düşünmədilər ki, bura polis deyil. Bu, kəşfiyyat,
əks-kəşfiyyat xidməti göstərən bir sistemdir. Polis hara, “obaxeyis”x9d hara, kəşfiyyat və ya əks-kəşfiyyat hara? Ümid edirəm
ki, heç olmasa bundan sonra bu amillərə diqqət yetiriləcək.
Seymur Əliyev






































































































