Bakının "Milyonerlər məhəlləsi" kimi tanınan ərazisində minik avtomobilində yanğın hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, "Hyundai" markalı minik avtomobili qəfil alovlanmağa başlayıb.
Ətrafdakı vətəndaşlar yanğının qarşısını almağa və su ilə söndürməyə cəhd göstərsələr də, yanğını söndürmək mümkün olmayıb.
Hadisə ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat verilib.
Zəngdən dərhal sonra əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Operativ müdaxilə nəticəsində yanğın qısa müddətdə söndürülüb və alovun ətrafdakı digər obyektlərə və nəqliyyat vasitələrinə keçməsinin qarşısı alınıb.
Bizim.Media





























































































