ABŞ-da qeyri-adi müsabiqə - Hind quşu səsini belə təqlid etdilər – VİDEO

ABŞ-da qeyri-adi müsabiqə - Hind quşu səsini belə təqlid etdilər – VİDEO

Hazırda oxunan: ABŞ-da qeyri-adi müsabiqə - Hind quşu səsini belə təqlid etdilər – VİDEO

631293

ABŞ-ın Ayova ştatında keçirilən ənənəvi “Iowa State Fair 2026” yarmarkası çərçivəsində hind quşu səslərinin təqlidi üzrə yarış təşkil olunub.

Bizim.Media xəbər verir ki, “Turkey calling contest” adlanan müsabiqədə iştirakçılar hinduşkaların müxtəlif səslərini, o cümlədən erkəklərin boğuq səslənməsini və quşların çağırışlarını mümkün qədər dəqiq təqlid etməyə çalışıblar.

Güclü yağışa baxmayaraq, yarış Des-Moyn şəhərindəki Pioneer Hall pavilyonunda baş tutub.

Yarmarkada təkcə hind quşu səsləri ilə kifayətlənmirlər. Burada ördək, toyuq və xoruz səslərinin təqlidi üzrə yarışlar, hətta zarafat məqsədli “husband calling” – “ər çağırma” müsabiqəsi də keçirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO