Ukrayna Rusiyanın Omsk neft emalı zavodunu VURDU - VİDEO

Ukrayna Rusiyanın Omsk neft emalı zavodunu VURDU - VİDEO

Hazırda oxunan: Ukrayna Rusiyanın Omsk neft emalı zavodunu VURDU - VİDEO

623633

İyulun 6-da Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın illik gücü 22 milyon ton olan ən böyük neft emalı zavoduna – Omsk Neft Emalı Zavoduna (NEZ) hücum edib.

Bizim.Media-nın məlumatına görə, "The Moscow Times" yazır ki, bu, Rusiyanın ilk onluğa daxil olan və indiyədək dron hücumlarına məruz qalmayan sonuncu böyük neft emalı zavodudur.

Müəssisədə baş verən yanğının görüntülərini "Exilenova+" və "Supernova+" monitorinq teleqram kanalları yayıb. Omsk vilayətinin qubernatoru Vitali Xotsenko bölgə səmasında düşmənə məxsus pilotsuz uçuş aparatlarının vurulduğunu təsdiqləyib və hücumun nəticələrinin hələ də dəqiqləşdirildiyini bildirib.
 

Eyni zamanda, "Rosaviatsiya" (Rusiya Federal Hava Nəqliyyatı Agentliyi) Ukrayna sərhədindən təxminən 2500 km məsafədə yerləşən Omsk hava limanının fəaliyyətinə ilk dəfə məhdudiyyətlər tətbiq edib.


Omsk NEZ-ə edilən zərbə, Rusiyanın neft emalı müəssisələrinə qarşı yönəlmiş hücumlar silsiləsində ən uzaq məsafəli hücum olub. Əvvəllər Ukraynadan təxminən 2000 km məsafədə yerləşən Tümen NEZ və təxminən 1750 km uzaqlıqdakı Uxta NEZ zərbələrə məruz qalmışdı.
"OSINT" kanallarının məlumatına görə, Omsk zavodunda müəssisənin istehsal gücünün təxminən 40%-ni təmin edən, illik 8,4 milyon ton gücə malik "ELOU-AVT-11" ilkin neft emalı qurğusu zədələnə bilər.

Omsk NEZ-i "Qazprom neft" şirkətinə məxsusdur. 2025-ci ildə başa çatan modernləşdirmədən sonra müəssisə neftin 100%-ə qədər dərinlikdə emalını təmin edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO