Konstantinovka uğrunda informasiya müharibəsi: Ukrayna şəhərə nəzarət etdiyini təsdiqlədi - VİDEO

Konstantinovka uğrunda informasiya müharibəsi: Ukrayna şəhərə nəzarət etdiyini təsdiqlədi - VİDEO

Hazırda oxunan: Konstantinovka uğrunda informasiya müharibəsi: Ukrayna şəhərə nəzarət etdiyini təsdiqlədi - VİDEO

623411

Ukraynanın Donetsk vilayətində yerləşən Konstantinovka şəhərinin Rusiya tərəfindən ələ keçirilməsinə dair yayılan xəbərlər təkzib edilib.

Bizim.Media xəbər verir ki, iyulun 3-də Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov prezident Vladimir Putinə şəhərin Rusiya qoşunları tərəfindən tam nəzarət altına alındığını məruzə etmişdi.

Ukrayna Silahlı Qüvvələrinin (USQ) 19-cu ordu korpusu və Baş Qərargahı bu iddiaları rəsmi şəkildə təkzib edib.

İyulun 4-də hərbçilər şəhərin müxtəlif rayonlarından videolar yayaraq, Konstantinovkanın Ukrayna müdafiə qüvvələrinin nəzarəti altında olduğunu vizual şəkildə sübut ediblər.
 

USQ rəsmiləri bildirib ki, Rusiya bölmələri şəhərə sızmağa və ayrı-ayrı qruplarla irəliləməyə çalışsa da, bütün bu cəhdlər vaxtında aşkar edilir və düşmən qüvvələri məhv edilir.


Ukrayna tərəfi Rusiya rəhbərliyinin bu bəyanatlarını cəbhədəki itkilər fonunda uğur görüntüsü yaratmağa yönəlmiş növbəti "informasiya manipulyasiyası" və "hibrid hücum" adlandırıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO