Azyaşlı avtomobili zəvvarların üstünə sürdü: 8 ölü, 13 yaralı var - VİDEO

Azyaşlı avtomobili zəvvarların üstünə sürdü: 8 ölü, 13 yaralı var - VİDEO

Hazırda oxunan: Azyaşlı avtomobili zəvvarların üstünə sürdü: 8 ölü, 13 yaralı var - VİDEO

622876

Tailandın şimal-şərqindəki Mukdahan əyalətində piyada həcc ziyarətinə (tudonq) çıxan buddist rahiblərin qrupuna pikap tipli avtomobilin çırpılması nəticəsində azı 8 rahib dünyasını dəyişib, 13-ü isə ağır xəsarətlər alıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı yerli hüquq-mühafizə orqanlarına istinadən "Khaosod" nəşri yayıb.

Hadisə yerinə dərhal xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yolun kənarında və magistralda rahiblərin cəsədləri aşkarlanıb.
 

Hadisə zamanı 5 rahib qəza yerindəcə keçinib, daha 3 nəfər isə çatdırıldıqları xəstəxanada həkimlərin səylərinə baxmayaraq vəfat edib. Yaralanan 13 rahib təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı tibb müəssisələrinə yerləşdirilib.


Polisin apardığı ilkin araşdırmalar nəticəsində məlum olub ki, sükan arxasında azyaşlı olub. İlkin ehtimallara görə, o, avtomobili valideynlərinin və ya qəyyumunun icazəsi olmadan idarə edib və idarəetməni itirərək yol kənarı ilə tək cərgə şəklində hərəkət edən zəvvarların üzərinə sürüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO