Meloni Trampla yaşanan mübahisə fonunda İtaliya-ABŞ münasibətlərindən danışdı – VİDEO

Meloni Trampla yaşanan mübahisə fonunda İtaliya-ABŞ münasibətlərindən danışdı – VİDEO

Hazırda oxunan: Meloni Trampla yaşanan mübahisə fonunda İtaliya-ABŞ münasibətlərindən danışdı – VİDEO

621292

İtaliya ilə ABŞ arasındakı əməkdaşlıq o qədər qədim və möhkəmdir ki, sosial şəbəkələrdəki müzakirələrə görə ləğv edilə və ya yenidən nəzərdən keçirilə bilməz.

Bizim.Media xəbər verir ki, bu barədə bəyanatla İtaliyanın Baş naziri Corcia Meloni Donald Trampla yaşanan son mübahisələr fonunda çıxış edib.

Baş nazir iki ölkə arasındakı strateji tərəfdaşlığın siyasi liderlərdən asılı olmadığını və uzunmüddətli xarakter daşıdığını vurğulayıb:

"ABŞ, İtaliya və ya hər hansı digər Avropa ölkəsi fərq etməz — bu münasibətlər hazırda hakimiyyətdə kimin olmasından asılı olmayaraq mövcuddur. Biz xarici siyasətə onun özünəməxsus dərinliyini qaytarmalıyıq. Çünki bəzən biz bu barədə elə danışırıq, sanki hansısa realiti-şoudan bəhs edirik. Bunu internetdə gördüyüm memlərlə əlaqədar deyirəm, lakin xarici siyasət realiti-şoulardan qat-qat mürəkkəb bir məsələdir", — deyə C. Meloni qeyd edib.

Meloni İtaliyanın kursunun dəyişməyəcəyini xüsusi olaraq diqqətə çatdırıb:

"Hazırda İtaliyanın xarici siyasətinin bundan sonra necə olacağı ilə bağlı çoxlu mülahizələr oxuyuram. O, son 80 ildə necə olubsa, elə də qalacaq. ABŞ ilə Avropa arasında sıx və möhkəm əlaqələrin qorunub saxlanmasının nə qədər vacib olduğu barədə fikrimi dəyişmirəm — çünki bizim böyük gücümüz məhz buna əsaslanır".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO