ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı məşhur Linkoln Memorialının qarşısındakı hovuzun rəngini bəyənməməsi ölkə büdcəsinə baha başa gəlib. Trampa "çirkli" görünən hovuzun rekonstruksiyasına Ağ Ev administrasiyası tərəfindən 14.6 milyon dollar vəsait yatırılıb.
Bizim.Media xəbər verir ki, ABŞ lideri ölkənin müstəqilliyinin 250 illiyi ərəfəsində hovuzun suyunun "gözəl və bənbəyaz" (və ya təmiz göy) olmasını tələb edib.
Lakin təmir işləri başa çatdıqdan cəmi bir neçə gün sonra hovuzun suyu yosunlaşma səbəbindən yenidən yaşıl rəngə boyanıb. Üstəlik, obyektiv şəkildə baxdıqda, hovuzun indiki vəziyyəti təmirdən əvvəlki halından daha bərbad görünür.
Parkın xidmət əməkdaşları xüsusi skimerlər vasitəsilə yosunları təmizləməyə və hətta suya hidrogen-peroksid (perekis) əlavə etməyə çalışsalar da, hələ ki heç bir nəticə əldə edə bilməyiblər.
Hadisənin ən maraqlı tərəfi isə odur ki, Trampa yaxınlığı ilə bilinən "FOX News" telekanalının jurnalistləri birbaşa yaşıl rəngli hovuzun kənarından reportaj hazırlayaraq, tamaşaçıları suyun əslində "Amerika bayrağı kimi göy" olduğuna inandırmağa çalışırlar.


Bizim.Media





































































































