ABŞ-da şotlandiyalı polis dünya çempionatı öncəsi futbol məharətini nümayiş etdirdi - VİDEO

ABŞ-da şotlandiyalı polis dünya çempionatı öncəsi futbol məharətini nümayiş etdirdi - VİDEO

Hazırda oxunan: ABŞ-da şotlandiyalı polis dünya çempionatı öncəsi futbol məharətini nümayiş etdirdi - VİDEO

619190

Dünya çempionatında Şotlandiya milli komandasının Haiti yığmasına qarşı keçirəcəyi ilk oyun ərəfəsində ABŞ-da maraqlı anlar yaşanıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, əslən Şotlandiyadan olan amerikalı asayiş keşikçisi matçdan əvvəl azarkeşlərin diqqətini çəkməyi bacarıb.

Şotlandiyalı polis nümayişkaranə şəkildə meydana daxil olaraq topla yüksək texniki məharət və idarəetmə bacarığı göstərib.

Onun futbol fəndləri həm yerli, həm də turnirə gələn şotlandiyalı fanatlar tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb.

Polisin topla etdiyi hərəkətlərin əks olunduğu görüntülər qısa müddətdə sosial şəbəkələrdə trendə çevrilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO