Rusiyada erməni əriyini bu ölkələrin meyvələri əvəz edəcək

Rusiyada erməni əriyini bu ölkələrin meyvələri əvəz edəcək

Hazırda oxunan: Rusiyada erməni əriyini bu ölkələrin meyvələri əvəz edəcək

616634

Ermənistan əriyini Türkiyə, Özbəkistan və Tacikistan, albalıları isə Özbəkistan, Azərbaycan, Türkiyə və Moldova meyvələri ilə əvəz etmək olar.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Qida İstehsalçıları Assosiasiyasının ("Rusprodsoyuz") idarə heyətinin sədr müavini Dmitri Leonov TASS-a bildirib.
 

Daha əvvəl “Rosselxoznadzor” 2 iyun 2026-cı il tarixindən etibarən Ermənistandan albalı, gilas, ərik, gavalı, şaftalı, nektarin və üzüm idxalına müvəqqəti məhdudiyyətlər tətbiq ediləcəyini açıqlayıb.


Leonov bildirib ki, idxalçılar alternativ ölkələrdən tədarükləri artıra biləcəklər, çünki mövcud logistika sistemləri artıq müxtəlif təchizatçılar arasında keçid üçün optimallaşdırılıb.

Eyni zamanda, Ermənistan üzümünün tədarükü Türkiyə, Özbəkistan, Misir, Hindistan və Çindən, albalı Serbiya və Moldovadan, nektarinlər Türkiyə, Özbəkistan, Misir, Hindistan və Çindən, şaftalı isə Türkiyə, Azərbaycan, Özbəkistan və Gürcüstandan gətirilən tədarüklə əvəz edilə bilər. (teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO