Orban seçkilərdə məğlub olanda hansı hisləri keçirib? – VİDEO

Orban seçkilərdə məğlub olanda hansı hisləri keçirib? – VİDEO

Hazırda oxunan: Orban seçkilərdə məğlub olanda hansı hisləri keçirib? – VİDEO
607686
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Macarıstanın baş naziri Viktor Orban 12 aprel parlament seçkilərində rəhbərlik etdiyi partiyanın məğlubiyyətindən sonra ağrı və boşluq hiss etdiyini etiraf edib.

Bizim.Media xəbər verir ki, “YouTube” yayımlanan “Patriota” kanalına müsahibəsində bu barədə bildirib.

“Düşünürəm ki, bazar günü yalnız ağrı var idi, bazar ertəsi isə boşluq yarandı. O vaxtdan bəri özümü əmək terapiyası ilə “müalicə edirəm”, bu boşluğu azaltmağa və ya doldurmağa çalışıram”, – deyə Orban qeyd edib.

Baş nazir vurğulayıb ki, rəhbərlik etdiyi partiya seçkilərdə, ehtimal ki, uğursuz kampaniya və seçicilərin əhval-ruhiyyəsinin düzgün qiymətləndirilməməsi səbəbindən uduzub.

Bununla yanaşı, Orban bildirib ki, onun hökuməti 16 illik hakimiyyəti dövründə ölkənin sosial-iqtisadi inkişafı baxımından mühüm nəticələr əldə edib:

“Biz gördüyümüz işlərlə fəxr edə bilərik və qurduqlarımızı qorumaq üçün kifayət qədər gücümüz var”.
 

O, parlamentdə çoxluq qazanan Tisza Party lideri Peter Madyar tərəfindən formalaşdırılacaq yeni hökumətə uğurlar arzulayıb.


“Ümid edirəm ki, dəyişiklik nəticəsində həyatlarının yaxşılaşacağını gözləyən insanların ümidləri doğrular”, – deyə Macarıstanın baş naziri əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO