“Biz gələcəyə itirilmiş torpaqları miras qoyub ölmək istəmirik” – Şəhidin SON SƏSYAZISI

Hazırda oxunan: “Biz gələcəyə itirilmiş torpaqları miras qoyub ölmək istəmirik” – Şəhidin SON SƏSYAZISI

41426

Bu gün Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, mayor Malik Təvəkkül oğlu Əliyevin anım günüdür.

DSX-nin Çevik Alayının zabiti olmuş Malik Əliyev 2020-ci il oktyabr ayının 13-də Cəbrayıl ərazisində düşmənin amansız nişanına tuş gələrək şəhid olub.

Xain düşmənin açdığı atəş onu hərbi avtomobildə yaxalayıb.
 

Atəş zamanı 33 yaşlı Malik Əliyev və avtomobildə olan digər hərbi qulluqçu baş leytenant Elçin Əzizov yerindəcə həlak olublar. İndi iki şəhid Bakıda II Şəhidlər Xiyabanında yanaşı uyuyurlar.


Sərhədçi yoldaşları Malikin çox vətənpərvər bir insan olduğunu deyirlər. Torpaqlarımızın işğalda olmasını heç cür qəbul edə bilməyən M.Əliyev döyüşlərdə xüsusi təyinatlı kimi iştirak edib. 

Malik müharibə zamanı ailəsinə yolladığı son səs yazısında, etdiyi vətənpərvərlik çağırışı ilə bir daha özündə olan güclü döyüş əzmini nümayiş etdirib.

O, yaxınlarına səs yazısı ilə ismarıc yollayaraq onları Vətən uğrunda mübarizəyə səsləyir. 

Əslən Naxçıvanın Babək rayonunun Nehrəm kəndindən olan Malik Əliyev 12 il Azərbaycanın Sərhəd Qoşunlarında xidmət edib. Şəhid mayor Vətən Müharibəsində öz komandirinin və daha 4 yaralının həyatını xilas etməklə də xüsusilə yadda qalıb.
 

Belə ki, Malik  Əliyev komandiri Vüsal Sultanov  və yaralılardan birini Bakıya hospitala özü çatdırıb. Elə həmin gün oktyabrın 10-da Bakıda ailəsinə də baş çəkib. Bu onun ailəsilə son görüşü olub. 


Malik Əliyevin özündən sonra bir qız övladı yadigar qalıb. İndi ailəsi Malikin xatirəsini, yaddaşlara həkk olan obrazını qızı ilə yaşatmağa çalışır.

İki bacının tək qardaşı olan Malik Əliyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə Xidmətə görə" ordeni, "Vətən  uğrunda" və"Cəbrayılın azad olunmasına görə" medallarına layiq görülüb.

Aytəkin Alxaslı, Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO