Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində əməliyyat keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Lənkəranda polis əməliyyat keçirdi - 16 nəfər saxlanıldı
Əməliyyatlar nəticəsində rayonun Hövsan, Əmircan, Bülbülə, Zığ və Qaraçuxur qəsəbələrində narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan 32 nəfər saxlanılıb, həmin ərazilərdə narkotik vasitələrin qəbul edildiyi “tiryəkxana”lar müəyyən edilib.
Bizim.Media