Təyyarə qəzasında həlak olan Zaqatala və Balakən sakinləri də son mənzilə YOLA SALINIR – VİDEO

Təyyarə qəzasında həlak olan Zaqatala və Balakən sakinləri də son mənzilə YOLA SALINIR – VİDEO

Hazırda oxunan: Təyyarə qəzasında həlak olan Zaqatala və Balakən sakinləri də son mənzilə YOLA SALINIR – VİDEO
227619
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verildiyi kimi Aktau şəhəri yaxınlığında təyyarə qəzasında həlak olanlar arasında Zaqatala və Balakən sakinləri də olub. Balakən rayonundan ümumilikdə 15 sərnişin olub ki, onlardan 9-u həlak olub. Dünən mərhum sərnişinlərdən biri, bu gün isə daha 8-nin cənazəsi doğulduqları torpağa aparılıb. Cənazə namazı qılındıqdan sonra onlar son mənzilə yola salınıblar.  

Zaqatala rayonundan isə təyyarədə 10 nəfər olub ki, onlardan 5-i sağdır, digər 5-nin isə nəşi bu gün doğulduqları torpağa gətirilib. Hazırda onların da dəfn mərasimləri keçirilir. 
 

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.


Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO