Qarabağa növbəti köç haradır? - VİDEO 

Qarabağa növbəti köç haradır? - VİDEO 

Hazırda oxunan: Qarabağa növbəti köç haradır? - VİDEO 
140128
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ağdam rayonunun 27, Füzuli rayonunun isə 21%-i minalardan təmizlənib”. 

Bizim.Media xəbər verir ki, bunu Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib. 

Onun sözlərinə görə minatəmizlə işlərinə paralel olaraq, hər iki rayonda sürətli bərpa-quruculuq işləri aparılır: 

“2026-cı ilin sonuna qədər Ağdam şəhərinə 20 min keçmiş məcburi köçkünün köçürülməsi planlaşdırılır. Köçürüləcək insanların məşğulluğunun təmin edilməsi prioritet istiqamətlərdəndir”. 

Emin Hüseynov əlavə edib ki, həm Hadrut, həm də Tuğda bu il tikintiyə start veriləcək. O, Suqovuşanda görüləcək işlərdən də danışıb. 

Prezidentin xüsusi nümayəndəsi vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərə yatırım edən çoxlu özəl şirkətlər var və həmin şirkətlərə dövlət tərəfindən vergi və gömrük güzəştləri tətbiq olunur. 
Daha ətraflı videomaterialda: 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO