Zəfər Qurultayı konsert proqramı ilə davam edib

Zəfər Qurultayı konsert proqramı ilə davam edib

Hazırda oxunan: Zəfər Qurultayı konsert proqramı ilə davam edib

71004

Aprelin 22-də Şuşa şəhərində işə başlayan Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı konsert proqramı ilə davam edib.

Bizim.Media xəbər verir ki, konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilib.

Mərasimdə folklor və rəqs qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri, xanəndələr çıxış ediblər.
Konsertdən sonra “Xarıbülbül” Qonaq Evinin ziyafət salonunda qurultay iştirakçıları üçün rəsmi ziyafət veriləcək.

Qeyd edək ki, aprelin 23-də başa çatacaq Zəfər Qurultayında 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edir.

Xatırladaq ki, Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay isə 2016-cı ildə keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO