Türk dünyasını şeirlərində yaşadan Aygün Hüseyn festivalda oxucularla görüşdü

Türk dünyasını şeirlərində yaşadan Aygün Hüseyn festivalda oxucularla görüşdü

Hazırda oxunan: Türk dünyasını şeirlərində yaşadan Aygün Hüseyn festivalda oxucularla görüşdü

615127

Bu gün VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının ikinci günü çərçivəsində şairə Aygün Hüseyn oxucularla görüşüb və kitablarının təqdimatını keçirib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan müəllif yaradıcılığında əsasən qəhrəmanlıq və vətənpərvərlik mövzularına üstünlük verir.
 

MÖVZU İLƏ BAĞLI:  

Tanınmış aktyor: “Bu, kitabın və ədəbiyyatın bayramıdır”


O, həmçinin “Şəms” Ədəbi Birliyinin təsisçisi və layihə rəhbəridir.

“Qızıl qələm” mükafatı laureatı olan müəllif Türkiyə, İraq, Dərbənd və Tiflisdə keçirilən festivallarda iştirak edib, müxtəlif media mükafatlarına layiq görülüb.

Festival çərçivəsində müəllifin “Türk dünyam”, “Anam yolumu gözləyir”, “Ömrümün Vətən nəğməsi” və “Ömür səhifəmdə iz qoyan dostlarım” kitabları oxuculara təqdim olunub.

Bildirilib ki, “Türk dünyam” kitabının təqdimatı İstanbulda da keçirilib. Müəllifin “Ömür səhifəmdə iz qoyan dostlarım” kitabı isə bir çox ölkədə çap olunub.

Qeyd edək ki, VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində müxtəlif müəlliflərin təqdimatları və oxucularla görüşləri davam edir.

Xədicə Paşayeva, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO