Yusif Həsənbəy vəfat etdi

Yusif Həsənbəy vəfat etdi

Hazırda oxunan: Yusif Həsənbəy vəfat etdi

613099

Əməkdar incəsənət xadimi, şair Yusif Həsənbəy 93 yaşında vəfat edib.

Bizim.Media “teleqraf.az”a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Rauf Aslanov məlumat verib.

Qeyd edək ki, Yusif Həsənbəy xərçəng xəstəliyindən əziyyət çəkib. Şair ötən gün Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.

Yusif Həsənbəy 1932-ci il dekabrın 26-da Azərbaycanın Quba şəhərində anadan olub.

Azərbaycan Dövlət Musiqi Nəşriyyatında ədəbi redaktor, "Bakı" qəzetində ədəbi işçi, tərcüməçi olub. Moskvada, M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya bölməsində təhsil alıb. 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin Quba zona şöbəsinin sədri idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO