“Rasim Balayevin vəfatı Azərbaycan mədəniyyəti üçün böyük itkidir”

“Rasim Balayevin vəfatı Azərbaycan mədəniyyəti üçün böyük itkidir”

Hazırda oxunan: “Rasim Balayevin vəfatı Azərbaycan mədəniyyəti üçün böyük itkidir”
603950
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov Xalq artisti Rasim Balayevin İstanbulda dünyasını dəyişdiyi xəstəxananı ziyarət edib, sənətkarın ailə üzvləri ilə görüşüb.

Bizim.Media xəbər verir ki, AZƏRTAC-a açıqlama verən Murad Hüseynov Rasim Balayevin vəfatının Azərbaycan mədəniyyəti üçün böyük itki olduğunu bildirib.

“Rasim Balayev yaratdığı obrazlarla hər birimizin qəlbində dərin izlər qoyan böyük sənətkar idi. Bu gün burada dahi sənətkarımızın ailə üzvləri ilə görüşdük, nazirimizin başsağlığını çatdırdıq. Xalq artistimizin cənazəsinin Azərbaycana aparılması üçün dövlətimiz tərəfindən bütün tədbirlər görülüb.

Azərbaycanın İstanbuldakı baş konsulluğunun, Türkiyədəki səfirliyimizin koordinasiyası ilə bu işlər davam edir. Rasim Balayevin cənazəsinin bu gün axşam reysi ilə Vətənə göndərilməsi nəzərdə tutulur”, deyə o, əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO