Səlim Babullaoğlu iki gündə iki kitabını təqdim edəcək - VİDEO

Səlim Babullaoğlu iki gündə iki kitabını təqdim edəcək - VİDEO

Hazırda oxunan: Səlim Babullaoğlu iki gündə iki kitabını təqdim edəcək - VİDEO
40233
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 1-dən etibarən Bakıda Milli Kitab Satış Sərgisi öz işinə başlayıb. Bu günə qədər artıq onlarla müəllif öz əsərlərinin təqdimatını keçirib və müxtəlif məzmunda konfranslar düzənlənib. 

Oktyabrın 8-9-da isə Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Səlim Babullaoğlu özünün iki kitabını oxuculara təqdim edəcək.

Bizim.Media xəbər verir ki, kitabsevərlər oktyabrın 8-də saat 13.30-da, Bakı Expo Mərkəzində müəllifin “İlk hərfi itmiş cümlə” kitabının təqdimat və imza mərasimində iştirak edə bilərlər. Təqdimat Zal 1, 1-ci təqdimat zonasında baş tutacaq. 

Oktyabrın 9-da isə Səlim Babullaoğlu oxucuları ilə saat 17.30-da, Bakı İdman Sarayında görüşəcək.

Həmin gün isə şairin “Oğlumla söhbətlər ” kitabı təqdimat və imza mərasimi baş tutacaq. Şair oxucuları ilə milli poeziyamız barədə söhbət edəcək. Hər iki təqdimatda ilk 30 alıcıya əlavə kitab hədiyyə olunacaq. 

Sərgi çərçivəsində şairin təqdimatlarını “Parlaq imzalar” və “Qanun” nəşriyyat evləri təşkil edir. 

Bizim.Media

Səlim Babullaoğlu iki gündə iki kitabını təqdim edəcək - VİDEO - foto 1
Səlim Babullaoğlu iki gündə iki kitabını təqdim edəcək - VİDEO - foto 2


 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO