Anar Kərimov: “Beynəlxalq institutlar Ermənistanın əməlllərini pisləməlidir”

Anar Kərimov: “Beynəlxalq institutlar Ermənistanın əməlllərini pisləməlidir”

Hazırda oxunan: Anar Kərimov: “Beynəlxalq institutlar Ermənistanın əməlllərini pisləməlidir”

3636

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) “Bəşər sivilizasiyasının qurulmasında və sülh dəyərlərinin yayılmasında İslam incəsənətinin rolu” mövzusunda beynəlxalq onlayn vebinar keçirilib.

Mədəniyyət Nazirliyindən Bizim.Media-ya daxil olan məlumata görə tədbirdə ICESCO-nun baş direktoru Salim M. Əl-Malik İslam incəsənətinin zənginliyindən, onun bəşər sivilizasiyasının formalaşmasındakı rolundan, ICESCO-nun İslam irsinin qorunması istiqamətində fəaliyyətindən bəhs edib.

Mədəniyyət nazirinin müavini Anar Kərimov 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılan Qarabağ bölgəsində mövcud olan İslam irsinin vəziyyətindən də bəhs edib.

O, Ermənistan tərəfindən məscidlərin dağıdılmasının və təhqir olunmasının Azərbaycanın tarixi-mədəni irsinin, eyni zamanda İslam irsinin məhv edilməsi məqsədi daşıdığını qeyd edib.

Dini mənşəyindən asılı olmayaraq mədəni irsin qorunmalı olduğunu qeyd edən nazir müavini Ermənistanın əməllərinə qlobal mədəniyyət institutları tərəfindən obyektiv qiymətin verilməsinin, bu əməllərin pislənilməsinin zəruri olduğunu bildirib.

Xüsusilə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində islam sivilizasiyasının mədəniyyət və dini irsinə qarşı həyata keçirilmiş vandalizm aktlarının İCESCO və digər beynəlxalq təşkilatlar tərəfindən daha sərt pislənilməli olduğunu, müsəlman dünyasının öz mirasını qətiyyətlə müdafiə etməli olduğunu diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO