Bülent Ersoy intiqam alacaq

Bülent Ersoy intiqam alacaq

Hazırda oxunan: Bülent Ersoy intiqam alacaq

33714

Moderator.az xəbər verir ki,Türkiyənin tanınmış müğənnisi Bülent Ersoy bu axşam İstanbulda konsert proqramı ilə çıxış edəcək. Konsert Beşiktaş rayonu, Dolmabaxça məhəlləsindəki "Kiçikçiftlik" kazinosunda baş tutacaq. Konsertdə Bülent Ersoy cümhuriyyət Türkiyəsinə aid, unudulmaq üzrə olan kazino mədəniyyətinin yenidən canlandırılması istiqamətində addım atacaq.

Konserti əlamətdar edən isə 12 sentyabr tarixinə təsadüf etməsidir. Belə ki, 33 il əvvəl 12 sentyabr 1980-ci il tarixdə Türkiyənin baş qərargah rəisi general Kənan Evrenin rəhbərliyindəki hərbi xunta dövlət çevrilişi edərək hökuməti ələ keçirib. 
Türkiyənin konstitusiyasını yenidən yazan hərbi xunta Bülent Ersoyun ifasına qadağa qoymuş, bu qadağa 8 il davam etmişdi. Bundan başqa müğənni 45 günlüyə də həbs olunmuşdu. Müğənni bunun tamamilə təsadüf olduğunu desə də şou-biznes şərhçiləri bu tarixi Bülent Ersoyun intiqamı kimi dəyərləndirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO