Qeyri-müsəlman ölkələrdən idxal edilən ət HALALDIR?

Qeyri-müsəlman ölkələrdən idxal edilən ət HALALDIR?

Hazırda oxunan: Qeyri-müsəlman ölkələrdən idxal edilən ət HALALDIR?

611764

Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatına görə 2026-cı ilin ilk üç ayında ölkəyə 12 299,76 ton ət idxal olunub. İdxal olunan ətin ümumi dəyəri isə 28,63 milyon ABŞ dolları təşkil edib.  

Müqayisə üçün, 2025-ci ilin eyni dövründə Azərbaycana 11 889,75 ton ət idxal edilmişdi.

Həmin dövrdə ətin idxal dəyəri 24,82 milyon ABŞ dolları olub. Beləliklə, illik müqayisədə ət idxalının həcmi təxminən 3,4 %, dəyəri isə 15 %-dən çox artıb.

Nəzərə alaq ki, ət idxalı əsasən qeyri-müsəlman ölkələrdəndir.

Elə isə qeyri-müsəlman ölkələrdən idxal edilən ət məhsulları nə qədər halaldır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan dinşünas Tural İrfan deyib ki, İslam dininə görə kəsilən heyvan halal olmalıdır:

“Bundan əlavə, o uyğun metodla kəsilməli, qanı axmalıdır. Çünki İslam hüququnda qan və leş haram sayılır. Yönü qibləyə, Allahın adı ilə kəsilməlidir. Kəsən də müsəlman olmalıdır. Lakin bununla yanaşı mahiyyəti etibarı ilə Allaha inanan kəsin kəsdiyi halal sayılır. Çünki Kitab Əhli, yəni xristian və yəhudilərin də yeməkləri müsəlmanlar üçün halaldır. Çünki onlar da heyvanı öz din və adətlərinə uyğun kəsirlər.

Küfr əhlinin kəsdiyi ona görə haramdır ki, natəmiz ola bilər.

Din müəyyən təmizlik şərtlərini gözləyir. Eyni zamanda qeyri-müsəlmanın kəsdiyini yeməmək o dövr üçün bir qədər də iqtisadi, sosial baykot məqsədi daşıyırdı. İndiki dövrdə ölkəmizə qeyri-müsəlman ölkələrindən idxal edilən ət məhsulları da İslam qaydalarına uyğun kəsilən heyvanların əti olmalıdır. Bunun üçün gərək həmin ölkələrdə bu məsələyə nəzarət olunsun.

Kəsim qaydaları zamanı dinin tələb etdiyi şərtlər yerinə yetsin. Belə şəffaflıq olduğu təqdirdə sözü gedən məhsul haqda şübhələr aradan qalxar və inanclı kəsimin də istifadəsi asanlaşar ki, bu da bu yöndə səmərəli olar. Lakin şübhəli olduğu halda belə ətlərdən çəkinənlər çoxalır. Əgər kəsim yerində İslama uyğun olub-olmadığı məlum olmasa, idxal edən müsəlman qurumun rəyi əsas götürülür, onun sözünə etibar edilir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO