"Bank Respublika"da POZUNTU AŞKARLANDI

"Bank Respublika"da POZUNTU AŞKARLANDI

Hazırda oxunan: "Bank Respublika"da POZUNTU AŞKARLANDI

611739

Azərbaycan Mərkəzi Bankı (AMB) "Bank Respublika" ASC ilə bağlı tədbir görüb.

Bizim.Media xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
 

Bildirilib ki, müştəri köçürmələrinin və inkasso sərəncamlarının icrası zamanı "Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda"nın tələblərinin pozulması halları aşkarlanıb.


Bununla əlaqədar "Banklar haqqında" qanunun 47-ci maddəsinə əsasən, AMB tərəfindən banka qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə daxili nəzarət sistemlərinin gücləndirilməsi və məsul şəxslərlə bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi barədə icrası məcburi sərəncam verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO