Rusiyadan hücum XƏBƏRDARLIĞI - "Kiyevdən əhalini təxliyə edin"

Rusiyadan hücum XƏBƏRDARLIĞI - "Kiyevdən əhalini təxliyə edin"

Hazırda oxunan: Rusiyadan hücum XƏBƏRDARLIĞI - "Kiyevdən əhalini təxliyə edin"

611802

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Ukrayna Silahlı Qüvvələrinin 9 May — Qələbə Günü Rusiyaya mümkün hücumları ilə bağlı sərt xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, Uşakov bildirib ki, Rusiya Müdafiə Nazirliyinin mümkün cavab tədbirləri ilə bağlı xəbərdarlığına maksimum məsuliyyətlə yanaşmaq lazımdır.
 

“Rusiya zarafat etmir. Hamını Müdafiə Nazirliyinin Qələbə Günü Ukrayna Silahlı Qüvvələrinin hücumlarına cavabla bağlı xəbərdarlığına son dərəcə məsuliyyətlə yanaşmağa çağırırıq. Kiyevdən mülki əhalinin təxliyəsini təmin etmək lazımdır”, - deyə Uşakov bildirib.


Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski İrəvanda keçirilən tədbirlər çərçivəsində Moskvanın 9 May paradına pilotsuz uçuş aparatları göndərə biləcəklərini demişdi.

Bu açıqlama Moskvada sərt reaksiya doğurub. Rusiya tərəfi Qələbə Günü ilə bağlı tədbirlərə mümkün hücum cəhdlərinin cavabsız qalmayacağını bildirir.

Xatırladaq ki, mayın 9-da Moskvada Qırmızı meydanda Qələbə Günü münasibətilə parad keçiriləcək. Kremlin məlumatına görə, bu il paradda hərbi texnika nümayişi olmayacaq, lakin piyada hərbi bölmələr keçid edəcək və aviasiya uçuşları nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO