Paşinyan Karapetyanı məhkəməyə verəcək: “Onu bir ton göbələklə yedizdirəcəyəm”

Paşinyan Karapetyanı məhkəməyə verəcək: “Onu bir ton göbələklə yedizdirəcəyəm”

Hazırda oxunan: Paşinyan Karapetyanı məhkəməyə verəcək: “Onu bir ton göbələklə yedizdirəcəyəm”

611801

Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı oliqarx Samvel Karapetyanı məhkəməyə verəcəyini bildirib.

Bizim.Media xəbər verir ki, Paşinyan bu barədə “Facebook” səhifəsində canlı yayım zamanı danışıb.

O, Karapetyanın bir müddət əvvəl səsləndirdiyi iddiaya münasibət bildirib.
 

Qeyd edək ki, Karapetyan Paşinyanın bir il əvvəl Çində restoranlardan birində hallüsinasiya yaradan göbələk yediyini, bunun onun çox xoşuna gəldiyini və daha sonra həmin göbələkdən bir ton Ermənistana gətirərək hər gün istifadə etdiyini iddia etmişdi.


Paşinyan bu sözlərə sərt cavab verib:

“Əlbəttə, mən Kaluqa oliqarxını məhkəməyə verəcəyəm və sözün birbaşa hüquqi mənasında onu bir ton hallüsinasiya yaradan göbələklə yedizdirəcəyəm. Kəskin leksikama görə üzr istəyirəm, amma axı hər şeyin bir həddi var”, - deyə Ermənistanın Baş naziri bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO