Qusar məktəblisi respublika müsabiqəsində birinci oldu - FOTO

Qusar məktəblisi respublika müsabiqəsində birinci oldu - FOTO

Hazırda oxunan: Qusar məktəblisi respublika müsabiqəsində birinci oldu - FOTO
611751
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qusar şəhərindəki Bəhruz Ağaverdiyev adına 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Elmir Elşən oğlu Ağamirzəyev respublika səviyyəli müsabiqədə uğur qazanıb.

Bizim.Media xəbər verir ki, məktəbli bu il keçirilən “Heydər Əliyev – 103: Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsində 1-ci yerə layiq görülüb.
 

Qeyd edək ki, “Ən yaxşı təqdimat” müsabiqəsi ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi məqsədilə 9-11-ci sinif şagirdləri arasında hər il keçirilən, 3 mərhələdən ibarət nüfuzlu yarışmadır.


Elmir Ağamirzəyev əla qiymətlərlə oxuyur. O, ötən il 9-cu sinfin buraxılış imtahanlarında mümkün 300 baldan 290 bal toplayıb.

O, həmçinin Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 9-cu siniflər arasında keçirilən respublika “Əlaçı” verilişinin ötənilki qalibidir.


Qusar məktəblisi respublika müsabiqəsində birinci oldu - FOTO - foto 1
Qusar məktəblisi respublika müsabiqəsində birinci oldu - FOTO - foto 2

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO