"Komedixana" bu obrazla rekord qırdı - "Bığlı gözəl" KİMDİR?

"Komedixana" bu obrazla rekord qırdı - "Bığlı gözəl" KİMDİR?

Hazırda oxunan: "Komedixana" bu obrazla rekord qırdı - "Bığlı gözəl" KİMDİR?

611803

Aktrisa Gülzar Əşrəfovanın yaratdığı son rol tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Bizim.Media xəbər verir ki, "Komedixana"nın son buraxılışlarının birində Qacarlar sarayında "bığlı gözəl" kimi tanınan Anis Əl Dolehin obrazının canlandırılıb.

Qeyd olunan hissə sosial şəbəkələrdə böyük məşhurluq tapıb və izlənmə rekordu qırıb.

Məlumat üçün bildirək ki, 19-cu əsrdə İran qadınlarının gözəllik standartı isə kök və bığlı qadınlar idi. Bəli, yanılmadınız, iranlı qadınlar gözəl görünmək üçün özlərinə qələmlə incə bığ çəkirdilər. Bığlı qadınlar kişiləri valeh edirdi.

Bığlı gözəllərin başında isə Anis Əl Doleh dayanırdı. Əfsanələrə görə, kişilər onun dərdindən ölürdü.

Hətta saraya gətirilənə qədər ona 145 kişi aşiq olmuş, 13 kişi də onun dərdindən intihar etmişdi. (Oxu24.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO