Zelenski Umerovun qarşısına qoyulan İKİ ƏSAS tapşırığı açıqladı

Zelenski Umerovun qarşısına qoyulan İKİ ƏSAS tapşırığı açıqladı

Hazırda oxunan: Zelenski Umerovun qarşısına qoyulan İKİ ƏSAS tapşırığı açıqladı

611810

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Rüstəm Ümerovun qarşısında Vaşinqton nümayəndələri ilə danışıqlarda diplomatik prosesin aktivləşdirilməsi barədə tapşırıq qoyub.

Bizim.Media xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb.
 

"Əsas vəzifələr müəyyən edildi. Birincisi humanitar istiqamətdir. Ümid edirik ki, əsirlərin azad edilməsinin yeni mərhələsini həyata keçirmək mümkün olacaq. İkincisi diplomatik prosesin aktivləşdirilməsidir", — deyə Zelenski bildirib.


Qeyd edək ki, mayın 7-də Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ABŞ-ın xüsusi elçisi Stiv Uitkoffla görüşmək üçün Mayamiyə yola düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO