“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri MƏLUM OLUB- FOTO

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri MƏLUM OLUB- FOTO

Hazırda oxunan: “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri MƏLUM OLUB- FOTO

611726

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri məlum olub.

Bizim.Media xəbər verir ki, "Ən yaxşı təqdimat" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini, Mərkəzi Aparat rəhbəri Tahir Budaqov, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov və deputatlar iştirak ediblər.

Builki müsabiqədə ölkə üzrə 3181 şagird iştirak edib.

Müsabiqədə iştirak edən şagirdlərin çıxışları müsabiqə komissiyası tərəfindən baxılaraq qiymətləndirilib, hər bir rayon və şəhərdən müəyyən olunmuş kvotaya əsasən 87 şagird müsabiqənin yekun - ölkə mərhələsində iştirak etmək hüququ qazanıb.
 

Ölkə mərhələsində şagirdlər verilmiş 5 mövzudan 1-i üzrə təqdimat etmiş, onların çıxışları müsabiqə komissiyası tərəfindən dinlənilərək qiymətləndirilmiş, 33 nəfər müsabiqənin qalibi olub. Onlardan 6 nəfər 1-ci, 11 nəfər 2-ci, 16 nəfər isə 3-cü yerə layiq görülüb.


Müsabiqə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar siyasi xadimin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə təşkil edilib.
















Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO