Hidayət Heydərov: "Bütün hazırlıqlarımız Bakıdakı dünya çempionatına yönəlib"

Hidayət Heydərov: "Bütün hazırlıqlarımız Bakıdakı dünya çempionatına yönəlib"

Hazırda oxunan: Hidayət Heydərov: "Bütün hazırlıqlarımız Bakıdakı dünya çempionatına yönəlib"
611734
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan cüdoçularının bütün hazırlıqları Bakıdakı dünya çempionatına yönəlib.

Bizim.Media xəbər verir ki, bu barədə olimpiya çempionu Hidayət Heydərov (73 kq) açıqlama verib.

O, doğma azarkeşlər önündəki yarışda layiqli nəticə qazanacaqlarına inandığını söyləyib:

"Tbilisidəki Avropa çempionatını geridə qoymuşuq. Bütün hazırlıqlar Bakıdakı dünya çempionatına yönəlib. Heyətimizə güvənirik. İnanırıq ki, bütün təmsilçilərimiz Azərbaycanı həmin mundialda layiqincə təmsil edəcəklər".

H.Heydərov mətbuata çox açıqlama vermək istəmədiyini də söyləyib:

"Yanlış anlaşılmasını istəmirəm, lakin müsahibə verməyi çox xoşlamıram. Bu mənim şəxsi fikrimdir. Bu səbəbdən çox danışmıram".

Xatırladaq ki, Hidayət Heydərov ötən ay Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş Avropa çempionatında gümüş medal qazanıb. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO