ABŞ məhkəməsi Epşteynin ehtimal olunan vida məktubunu açıqladı - FOTO

ABŞ məhkəməsi Epşteynin ehtimal olunan vida məktubunu açıqladı - FOTO

Hazırda oxunan: ABŞ məhkəməsi Epşteynin ehtimal olunan vida məktubunu açıqladı - FOTO

611719

Nyu-York federal məhkəməsi pedofiliyada ittiham olunmuş maliyyəçi Ceffri Epşteynə aid olduğu ehtimal edilən vida məktubunun fotosurətini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Nəşrin yazdığına görə, məktubu 2019-cu ilin iyulunda Epşteynin kamera yoldaşı Nikolas Tartalyone aşkarlayıb. Həmin vaxt Epşteyn huşsuz vəziyyətdə olub.

Hadisə Epşteynin həbsxana kamerasında ölü tapılmasından bir neçə həftə əvvəl baş verib.

“The New York Times” yazır ki, məktubda ittiham tərəfinin “aylarla araşdırma apardığı və heç nə tapmadığı” qeyd olunub.

Məktubun sonunda isə “heç bir əyləncə yoxdur” və “buna dəyməz” ifadələrinin yer aldığı bildirilir.

Bununla belə, nəşr məktubun həqiqətən Epşteyn tərəfindən yazıldığını təsdiqləyə bilmədiyini vurğulayıb.

Qeyd edək ki, Ceffri Epşteyn 2019-cu il iyulun 6-da Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı.
 

Prokurorluq onun 2002-2005-ci illərdə Manhettendəki evinə onlarla azyaşlı qızın gətirilməsini təşkil etdiyinə dair sübutların olduğunu bildirmişdi. Onların ən kiçiyinin 14 yaşı olduğu qeyd olunurdu.


Epşteynin tanışları arasında ABŞ və digər ölkələrin indiki və keçmiş yüksəkvəzifəli şəxsləri, o cümlədən sabiq dövlət başçıları, iri sahibkarlar və şou-biznes ulduzları olub.

Maliyyəçiyə qarşı cinayət təqibi onun 2019-cu ilin avqustunda həbsxana kamerasında intihar etməsindən sonra dayandırılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO