Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI – ÖZƏL

Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI – ÖZƏL

Hazırda oxunan: Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI – ÖZƏL
611748
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin aprelində xadimə ilə mübahisə etməsi ilə gündəmə gələn Ağdam rayonu Səfərli qəsəbə 91 saylı köçkün tam orta məktəbinin direktoru Aliyə Əliyeva cəzalandırılıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Elm və Təhsil Nazirliyinin qərarına əsasən, direktor barəsində intizam tənbeh tədbiri tətbiq edilib.

Xatırladaq ki, bu ilin aprelində Ağdam rayonu 91 saylı Səfərli kənd orta məktəbində xadimə və direktor arasında insident baş verib.
 

MÖVZU İLƏ BAĞLI: 

Ağdamda məktəb direktoru ilə xadimənin DAVA ETMƏSİNİN səbəbi bilindi


Belə ki, orta məktəbin direktoru Aliyə Əliyeva məktəbdə xadimə və qazançı işləyən Ülviyyə Abdullayevanın ştatlarının birini ləğv edib.

Ülviyyə Abdullayeva iddia edib ki, Aliyə Əliyeva ştatını tam bərpa etmək üçün ondan məktəb üçün konteyner almağı tələb edib. Lakin o, konteyneri alıb gətirsə də, direktor ştatı bərpa etməyib. Nəticədə tərəflər arasında mübahisə baş verib və xadimə direktorun stolunun üstündə olan suveniri qırıb.

Bu əməlinə görə, Ağdam Rayon Məhkəməsinin qərarı ilə Ü.Abdullayeva 60 manat məbləğində cərimə olunub.

Hazırda tərəflər arasında məhkəmə prosesi davam edir.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO