Beş gün ardıcıl meteor yağışı müşahidə olunacaq - BU TARİXDƏN

Beş gün ardıcıl meteor yağışı müşahidə olunacaq - BU TARİXDƏN

Hazırda oxunan: Beş gün ardıcıl meteor yağışı müşahidə olunacaq - BU TARİXDƏN
611807
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Səmada mayın 14-dək η-Lyrid meteor yağışı (Yer kürəsinin kosmosdakı komet qalıqlarından keçərkən səmada "axan ulduzlar" kimi görünən parlaq işıq izləri hadisəsi) müşahidə ediləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, ən yüksək aktivlik mayın 9-u saat 03:00 radələrində gözlənilir. Bu dövrdə Yer kosmosdakı komet mənşəli toz və daş hissəcikləri axınından keçəcək. Hissəciklər atmosferə yüksək sürətlə daxil olaraq parlaq meteor izləri yaradacaq.
 

Meteor yağışının radiantı Lir (Lyra) bürcündə yerləşir və mənbəyi C/1983 H1 (IRAS–Araki–Alcock) kometi ilə əlaqələndirilir. Bu komet Günəş ətrafında təxminən 970 illik dövrlə hərəkət edir və hər yaxınlaşma zamanı buraxdığı hissəciklər meteor yağışını formalaşdırır.


Meteorlar Yer atmosferinə təxminən 43 km/s sürətlə daxil olur. Bakıdan müşahidə zamanı radiant gecə boyu üfüqdən yuxarıda qalacaq. Ən əlverişli müşahidə vaxtı isə sübhə yaxın saatlar hesab olunur. Təxminən saat 05:00-da maksimum aktivlik gözlənilir.

Mütəxəssislərin sözlərinə görə, η-Lyrid güclü meteor yağışları sırasında olmasa da, qaranlıq səma şəraitində saatda bir neçə parlaq meteor müşahidə etmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO