Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏB

Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏB

Hazırda oxunan: Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏB
229607
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın Xalq artisti, tanınmış kino və teatr aktyoru, "Şöhrət" ordenli Hacı İsmayılov bağ evini satışa çıxarıb.

Bizim.Media iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə o, özü bildirib.

Onun sözlərinə görə, Buzovna qəbəsində yerləşən bağ evini ötən ilin əvvəllərində həyat yoldaşının çoxdankı arzu-istəyi ilə alıb. Məqsəd isə xüsusən yay aylarında burada dincəlmək və istirahət etmək olub. Onlar mülkə sahibləndikdən sonra isti aylarda bir müddət bu evdə yaşayıblar.
 

Xalq artisti söyləyib ki, amma sonradan həyat yoldaşı dizindən əməliyyat olunub və artıq yerimə qabiliyyətini itirdiyi üçün bu bağa gəliş-gediş çətinləşib. O, bu səbəbdən bağ evini satmaq qərarına gəlib.


4,5 sot həyətyanı sahəyə malik olan bağ evi 3 yataq və 1 qonaq otağından ibarətdir. Evin həyətində nar, üzüm, tut, əncir və digər meyvə ağacları mövcuddur.

Xalq artisti Hacı İsmayılov bağ evini 80 000 manata təklif edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO