Mədəniyyət naziri və müavinləri Eldar Quliyevin dəfnində niyə iştirak etmədi? – Nazirlikdən AÇIQLAMA

Mədəniyyət naziri və müavinləri Eldar Quliyevin dəfnində niyə iştirak etmədi? – Nazirlikdən AÇIQLAMA

Hazırda oxunan: Mədəniyyət naziri və müavinləri Eldar Quliyevin dəfnində niyə iştirak etmədi? – Nazirlikdən AÇIQLAMA
18331
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verildiyi kimi Xalq artisti, rejissor Eldar Quliyev ötən gün dəfn olunub. Kinorejissor və ssenaristin dəfn mərasiminə nə Mədəniyyət naziri, nə də müavinlərinin qatılmaması ictimaiyyətdə ciddi müzakirə yaradıb.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb


Bizim.Media-ya bu barədə danışan Mədəniyyət Nazirliyinin mətbuat katibi Məryəm Qafarova məsələyə belə aydınlıq gətirib:

“Bizim nümayəndələr dəfində iştirak edib. Həm Kinomatoqrafiya Şöbəsinin, həm də Bakı şəhəri baş idarəsinin rəhbərliyi səviyyəsində dəfn məqarsimində iştirak olunub. Nümayəndələrimiz Eldar Quliyevin rəhmətə getdiyi gün evinə, dəfn olunduğu gün isə cənazə mərasiminə qatılıblar. Hətta rejissorun məzarlıqda yer ayrılması işində də köməklik göstrəlib”.

Xatırladaq ki, E.Quliyev uzun sürən xəstəlikdən sonra aprelin 16-da vəfat edib. O, vəsiyyətinə uyğun olaraq "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşının yanında dəfn edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalq artisti, rejissor Eldar Quliyevin dəfn mərasiminə əklil göndərib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO