Görkəmli  kinorejissor doğulduğu şəhərdə anıldı - FOTO

Görkəmli  kinorejissor doğulduğu şəhərdə anıldı - FOTO

Hazırda oxunan: Görkəmli  kinorejissor doğulduğu şəhərdə anıldı - FOTO

166140

Şəkidə dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 90 illik yubileyi qeyd edilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, iştirakçılar əvvəlcə Rasim Ocaqov adına Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə tanış olub, uşaqların əl işlərindən ibarət sərgiyə baxıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün Azərbaycanda kəlağayı günü kimi qeyd olunur - FOTO


Daha sonra görkəmli sənətkarın ailə üzvləri və sənət dostları, yubiley tədbirinə dəvət olunan qonaqlar Rasim Ocaqovun şəhərin “Güyümlər” dairəsi adlanan ərazidə qoyulmuş barelyefi önünə gül dəstələri düzüb, sənətkarın xatirəsini ehtiramla yad ediblər.

Şəki Dövlət Dram Teatrının foyesində kinorejissorun həyat və yaradıcılığından bəhs edən fotosərgi iştirakçılar tərəfindən maraqla izlənilib.

Kinorejissorun çəkdiyi filmlərdən fraqmentlər, ekran əsərlərində rol almış aktyorların yaratdıqları obrazlar, çəkiliş meydançalarından görüntülər və digər fotolar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Gecədə vurğulanıb ki, 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi işə başlayan Rasim Ocaqov bütün ömrünü kino sənətinə həsr edib.

Onun operator kimi işlədiyi “Əsl dost”, “Bizim küçə”, “Sən niyə susursan?”, “Bir cənub şəhərində” və digər ekran əsərləri, rejissorluğu ilə çəkilən “Qatır Məmməd”, “Tütək səsi”, “Ad günü”, “İstintaq”, “Bağlı qapı arxasında”, “Park”, “Başqa həyat”, “Təhminə”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı” və digər filmlər milli kino salnaməmizdə unudulmaz izlər buraxıb.

Tədbirdə Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, Rasim Ocaqovun bir çox filmlərində rol almış Xalq artistləri Hacı İsmayılov, Fəxrəddin Manafov, rejissorla uzun illər çiyin-çiyinə çalışmış kino xadimləri, operatorlar çıxış edərək, görkəmli kinorejissorla bağlı xatirələrini bölüşüblər.
Tədbirin sonunda Rasim Ocaqovun ailə üzvləri adından nəvəsi Nərminə Həsənova çıxış edərək yubiley gecəsinin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara minnətdarlığını bildirib.












Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO